Əməkdar artist Aygün Bəylər xərçəngdən sağalıb.
"Medicina" xəbər verir ki, xəbəri Xoşqədəm Hidayətqızı "Səni axtarıram" proqramında deyib.
"Həkim mənə Aygün Bəylərin analizlərinin cavabını göndərdi. Sonra gedib xəstəxanada onu gördüm. Artıq sağalıb, geridə qoydu" deyə, aparıcı söyləyib.
Qeyd edək ki, Aygün Bəylər süd vəzi xərçəngindən əziyyət çəkirdi və Türkiyədə müalicə alırdı.