Türkiyədə 37 yaşlı qadın döş xərçəngimə tutulsa da sornadan ana olaraq, sağlam uşaq dünyaya gətirb.
"Medicina" xəbər verir ki, Hilal gündüz adlı qadın əməliyyat və kimyaterapiyadan öncə yumurtalıq hüceyrələri və toxumasını dondurub.
Hələ 2016-cı ildə İstanbulda döş xərçəngi diaqnozu Hilal Gündüz o Cerrahpaşa Tibb fakültəsinə müraciət edərək yumurtalıq toxumasının götürülərək dondurulmasını istəyib. Ginekologiya və mamalıq kafedrasının müdiri, prof. İsmayıl Çepninin əməliyyatı ilə Gündüzün yumurtalıq toxuması çıxarılıb.
5 illik müalicədən sonra sağlamlığına qovuşan Gündüz hamilə qalmaq istədiyini bildirib.
2021-ci ildə həyata keçirdiyi əməliyyatla dondurulan yumurtalıq toxuması pasiyentə köçürülüb.
Transplantasiyadan 1 il sonra hamilə qalan H.Gündüz 37 həftəlik nəzarətli hamiləlikdən sonra keysəriyyə əməliyyatı ilə 2450 qram çəkidə sağlam qız uşağı dünyaya gətirib.
Aygün Musayeva