Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Süd vəzi xərçəngində süd vəzi və limfaların tam çıxarılması keçmişdə qaldı– Onkologiyada yeni metodlar barədə türkiyəli professordan açıqlamalar

  • 2018.07.10 17:50
  • 24111 Baxış
Süd vəzi xərçəngində süd vəzi və limfaların tam çıxarılması keçmişdə qaldı–  Onkologiyada yeni metodlar barədə türkiyəli professordan açıqlamalar






LIV Hospitalın onkoloqu, professor doktor Mehmet Levhi Akın 

 




 







Türkiyədə və Azərbaycanda onkoloji xəstəliklər üzrə lider olan süd vəzi onkologiyası sahəsində dünyada hər il yeni –yeni metodlar, müalicə üsulları yaradılır. Artıq süd vəzilərinin tam kəsilib götürülməsi demək olar ki, tətbiq olunmur. Müsahibim olan professor 1 % mümkün olduğu halda belə süd vəzini qoruyur, bu da gənc qadınların psixoloji zərbə almasının qarşısını alır.





Bu yaxında Bakıda qadınlar üçün pulsuz müayinə aksiyası keçirən doktor Levri Akın məmə onkoloji cərrahiyyəsi mövzusunda ən son yenilikləri Medicina.az-a bölüşdü.

 

ARTIQ SÜD VƏZİ ONKOLOGİYASINDA ƏMƏLİYYAT ZAMANI SÜD VƏZİNİN VƏ LİMFALARIN TAM ÇIXARILMASI KEÇMİŞDƏ QALDI.

MÜMKÜN OLDUQCA ORQAN SAXLAMA ƏMƏLİYYATLARI EDİRİK




-Həkim, Liv Hospitalda məmə onkologiyası və ya cərrahiyyəsində ən son yenilikləriniz hansılardır?




-Texnoloji imkanlarımız genişdir. Məmə cərrahiyyəsində həkim cərrahın yenilikləri izləməsi və davamlı inkişaf etməsi önəmlidir. Son 2 ildə bu sahədə çox şey dəyişdi.




Konservativ məmə qoruyucu, daha az orqan çıxarıcı əməliyyatlar  gündəmdədir. Xəstəyə minimum zərərlə müalicəni bitirmək texnikaları seçilir. Məsələn, 5 il öncə qoltuqaltı limfalar təmizlənirdisə, indi mümkün qədər limfalara toxunulmaması şərtdir. 




Əvvəllər bütün limfa vəzləri tutulmuşdusa, çıxarılırdı. Halbuki qoltuqaltı limfaların tamamilə təmizlənib çıxarılmasının xəstəliyi tam müalicə etmədiyi sübut olundu. Limfa vəzlərinin çıxarılması və saxlanılması xəstənin yaşamasına da təsir etmir. Limfa vəzlərinin çıxarılması sonradan xəstənin orqanizmində, yaşamında çox ciddi problemlər yaradır. Çünki limfalar bilirsiz ki, orqanizmin təmizləyici, müdafiə orqanlarıdır. Ona görə biz limfa vəzlərinin saxlanılmasına qərar veririk. Bu gün biz Z 11 çalışmasına görə hərəkət edirik. 




Şiş limfalara metastaz versə belə, klinik olaraq böyüyübsə, xəstəni əməliyyat etmirik, radioterapiya tətbiq edirik. Limfa vəzləri düzəlir, kiçilir və biz onları yenidən incələmək şansı qazanırıq. 




2 limfa vəzi pozitiv çıxarsa, qəbul edirik. 3-cü limfa vəzi pozitiv olmayınca, limfa vəzlərini çıxarmırıq. Əgər 3-cü limfa vəzləri metastazlı olarsa, o zaman çıxarılır.




Əminəm ki, bir neçə il sonra limfa vəzlərinə heç toxunulmayacaq. 




Süf vəzilərini də mümkün qədər qorumağa çalışırıq. Xəstələr sonradan həmin süd vəzisinə şişin yenidən qayıdacağından qorxaraq, tam götürülməsini düşünür ki, tam qarantili olsun. Amma əməliyyat edilmiş süd vəzisində təkrar şişin yaranması xəstənin sağ qalmasına təhlükə deyil. Sadəcə ikinci dəfə əməliyyat olmalıdır, vəssalam. Ona görə süd vəzi qalsa yaxşıdır. 




-Bəs kimlərdə süd vəzi tam çıxarılır?




- Süd vəzidə artıq dərini aşmış irinli, qanlı yaralar olarsa, nekroz olarsa, süd vəzi çıxarılır. Amma sonrakı əməliyyatda toxuma gətirib, xəstəyə süd vəzi qoyulur. Süd vəzinin içində bir neçə yerdə şiş olduqda, onları çıxardıqda, süd vəzi çirkin hala gəlir. O zaman məmənin içini boşaldıb, dərini qoruyub, içinə protez yerləşdiririk. Əməliyyatdan sonra qoyulan məmə və protez qadının öz süd vəzisindən daha yaxşı, estetik görünür, heç fərqlənmir. 




Təbii ki, bunların hamısı xəstə ilə incələnir. Amma xəstə israr edərsə, daha çox yaşlı qadınlar " bundan sonra məmə nəyimə lazım, çıxar” deyirsə, süd vəzilərini alırıq. Çox şeylər xəstənin seçimindən də asılıdır. 




-Doktor, süd vəzidə hər hansı şişin ginekoloji əlaqəsi varmı? Çünki çoxları deyir, məmədə şiş varsa, uşaqlıqda da, yumurtalıqda da olacaq, və ya əksinə orda varsa, süd vəzidə də olacaq.  




-Yox elə bir qanun yoxdur. Süd vəzi xərçəngi varsa, o demək deyil ki, uşaqlıqda mütləq şiş olmalıdır. Amma bir şey var ki, iki orqan da eyni hormonlarla idarə olunur. Ekstrogen hormonu həm məmə, həm uşaqlıq üçün risk faktorudur. Məmənin irsi genetik xəstəlikləri yumurtalıq xəstəlikləri ilə bir arada olur. Gənc yaşda məmə xərçəngi görülən xəstələrdə biz genetik analiz tətbiq edirik. Əgər genlərdə problem varsa, o zaman digər məmə və yumurtalıqların riskini nəzərə alırıq, incələmələr aparılır. Lazım gələrsə digər süd vəzisi də alınır, qoruyucu məmə cərrahiyyəsi edilir. 




Genetik pozitivlik varsa, 80% hallarda məmə kanseri ola bilmə riski var. Belə xəstələr gələcəyindən qorxur, bunda da haqlıdırlar. Ona görə onlara profilaktik qoruyucu məmə cərrahiyyəsi olunur. Misal kimi Ancelina Colini deyə bilərəm ki. Genetik riski olduğu üçün xərçəng olacağını gözləmədən məmə və yumurtalıqları alındı. 




Bu zaman məmə ucu və dərisi saxlanmaqla içi boşaldılır, yəni məmə içində olan vəzlər, toxuma çıxarılır, yerinə protez qoyulur. O qadının daha süd vermə, əmizdirmə şansı yoxdur. Amma ana ola bilərlər. Sadəcə uşağa süd verməyəcək

 

MASTOPATİYA XƏRÇƏNGƏ ÇEVRİLMİR, MÜALİCƏ OLUNMUR

FİBROADENOMANIN ŞİŞƏ ÇEVRİLMƏ RİSKİ 1%-DİR. 




-Bu gün Bakıda xeyli azərbaycanlı pasiyentləri qəbul etdiz. Durum necədir, qadınlarımıza daha çox hansı diaqnozu qoyduz?




-Mən xəstələri müayinə etdim. Hekayələrini dinlədim, diaqnozu hələ bəlli olmayan xəstələrin müayinə kağızlarını incələdim. Müayinənin ilk və önəmli hissəsi əllə palpasiyadır. Bu müayinədə diaqnozu 50% təsbit edə bilirik. Daha sonra qadınların yaşlarına, durumuna görə MRT, USM və ya mammoqrafi təyin olunacaq. Xanımlar süd vəzidə problem varsa, müayinənin nəticələrini assistentimiz vasitəsilə Liv Hospitala göndərə bilər. Mən o sənədlərə baxıb, tövsiyyələrimi verə bilərəm. 




Qəbul etdiyim pasiyentlərin ikisində onkoloji şiş şübhəsi yarandı: qabıqlanmış kütlə var idi. Çoxunun iqtisadi durumu imkan vermədiyindən vaxtında müayinə, müalicə olunmayıb. Daha çox qadınlarda mastopatiya var.




-Mastopatiyanın müalicəsi Türkiyədə necədir? Bizdə məsələn bəzi hallarda onu əməliyyat edirlər.




-Mastopatiya xəstəlik deyil, süd vəzinin normal bir durumudur. Xəstəlik olmadığı üçün müalicə olunmaz. Orda ağrı var. Problem də budur. Ağrının qaynağı da hormonların təsirindən süd  kisəçiklərinin divarına olan təzyiqdir. Bu ağrıya dözmək olar. Çünki yaşama keyfiyyətinə mane olmur, təhlükəli deyil. Bunun bir yolu var, xəstə olmadığınızı anlayıb, ağrılarla yaşamağı öyrənmək. Çünki müalicə edərsək, ağrıkəsici və ya hormonal müalicə təyin olunanda hər bir dərman orqanizmdə başqa fəsadlar yaradır. 




--Bəs kistalar və fibroadenoma? 




-Kistlərin içində maye olur. Şikayət olmasa, kistlərə toxunmuruq, o bizi qorxutmur. Kistanın divarında qalınlaşma olarsa, müdaxilə edirik. Sırf ağrı xəstəni çox narahat edirsə, o zaman iynə ilə içi boşaldılır. O da uğurlu olmazsa, çox nadir hallarda əməliyyat edib, o kistləri çıxarırıq. 




Fibroadenomalar təqibdə saxlanılır. 3-4 sm-ə çatdıqda bəlkə əməliyyat düşünə bilərik. Fibroademonanın quruluşunda USM-də şübhəli görüntü olarsa, o zaman əməliyyat qərarı verilir.




Türkiyədə il ərzində çox nadir halda fibroadenoma əməliyyatı edirik.  Yalnız şişlərdə əməliyyat edirik.

Hər fibroadenomanı əməliyyat etmək doğru deyil. Mən də bu gün edə bilərəm, sadəcə qazanc üçün xəstəni əməliyyata salmazlar. 




-Fibroadenomaların bədxassəli şişə çevrilmə ehtimalı varmı? Belə deyirlər ki, Fibroadenoma onkoloji öncəsi bir durumdur.




-Mastopatiya və fibroademona fərqli bir patologiyalardır. Mastopatiyanın şişə çevrilmə riski yoxdur, tamamən yanlışdır bunu düşünmək.  Yoğun məmə toxuması, məmə toxumasının sərt, qalın olması bir risk faktorudur. Bu cür süd vəziləri Mammoqrafiyada da bəyaz görünür, yaxşı çəkilmir. Bu xəstələrdə xərçəng riski çoxdur, ona görə sərt məmə toxuması olan qadınlar daim təqibdə olmalıdırlar. tez tez biopsiya götürülməsi, kistin içinin boşaldılmasının heç bir ziyanı yoxdur. Xərçəng varsa, vardır, yoxdursa, yoxdur.  Fibroadenomaların isə 1%-i xərçəngə keçmə riski var. 




Xərçəng öncəsi siqnallar var, amma onu tutmaq mümkün deyil. Sadəcə illik müayinələrdən keçənlər xəstəliyi başında yaxalaya bilər. Xəstəlik bir kütlə olaraq biruzə verilir. Ya xəstə özü görür, əli ilə hiss edir, ya da müayinədə həkim tapır. 

 

 

SÜD VƏZİ XƏRÇƏNGİNDƏN MÜALİCƏ OLUNMUŞ GƏNC QADINLAR SONRADAN ANA OLA BİLƏR




Bir süd vəzi xərçəngi olan xəstə müayinəyə də gəlmir, müalicə də almır. Bu xəstəliklə nə qədər yaşaya bilər? 




- Bunu dəqiq demək olmaz. Məmə kanserinin bir neçə növü var. Bəzilərində bir ilə böyüyür, bəzilərində 5 ilə yetişir. Tibbdə xəstəni müalicə etməyib, sadəcə izləməklə ki, bu nə qədər yaşaya biləcək kimi araşdırma etmək mümkün deyil. Amma keçmiş zamanlarda aparılan bir araşdırmada ortalama ömür 18 ay təsbit edilib. Bu orta rəqəmdir. Amma xəstə var 3 ay yaşayar, eləsi var 3 il, eləsi var 10 il. Bizim müalicə etdiyimiz xəstələr var ki, 20 ildir yaşayır.




Xəstəlik nə qədər erkən mərhələdə yaxalanarsa, yaşama şansı çoxdur. Birinci dərəcəli xərçəngdə 85% xəstələrə 5 il verilir. Ikinci dərəcədə bu rəqəm 70%--ə enir. Dördüncü dərəcədə daha çox bu şans 20%-dir. Bioloji olaraq yaxşı davranan, mülayim şiş olması da önəmlidir.




-Süd vəzi xərçəngi olub əməliyyat olan gənc qadınlar ana ola bilərmi?




-Çox gənc qadınıar süd vəzsinin ikisini belə aldırsa, hamilə olmasına, uşaq doğmasına əngəl deyil. Burda problem başqadır: kimyaterapiya zamanı yumurtalıqlar ziyan görür. O, yumurtalıqdan sonra xəstə bir uşaq doğula bilər. Ona görə o xəstədən müalicədən öncə yumurtalar toplanır, depolanır. Müalicədən sonra süni mayalanma ilə o sağlam yumurtalardan övlad sahibi ola bilir.  




-Xəstəliyin geri qaytıma ehtimalı varmı?




-Təbii ki, ən böyük risk də odur. Ona görə biz xəstəlikləri təqib edirik. Kanserin müalicəsinə biz xəstələrə saleh deyirik. Bu "ola biləcəyin ən yaxşısı” deməkdir. Bu xəstələrdə tam şəfa tapdı demək olmur.Məmə kanseri sümüklərə yayılır, qaraciyər, ağciyər və beyinə metastaz verir. 

 

 

Ekstrogen hormonu qadına həm lazımlı, onu  diri, gənc tutan,

həm də öldürən təhlükəli bir hormondur.




-Öz şəxsi təcrübənizdən nə deyə bilərsiz: süd vəzi xərçəngi nədən yaranır. Niyə qadınlar bu bəlaya tutulur?




-Risk faktorları çoxdur. Bunları 3 yerə bölürük: dəyişdirilə bilinməyən, qismən dəyişdirilən və dəyişdirilə bilən risk faktorları. Dəyişdirilə bilməyən : qadın olmağı, yaş və genetika. Bunları dəyişdirmək mümkün deyil. Bəzi etnik qruplarda genetik baxımdan məmə kanseri yayılıb. Daha erkən yaşda menstruasiya olanlar, gec  dönəmdə menopauzaya girmək – qadının əlində deyil. Ailəsində süd vəzi xərçəngi, genetik mutasiyalar da dəyişdirilə bilməz. 




Qismən dəyişdirilə bilinəcək risk faktorları – kimyəvi dərmanlar, hormonal müalicələr alan qadınlarda var. Nə qədər gənc yaşda, nə qədər çox hamilə qalırsa risk azalır. Nə qədər çox əmizdirirsə, risk azalır. Bunları qismək kontrol etmək olur.

Sağlıqlı bəslənmə, artıq çəkidən qurtulmaq, siqaret, alkoqol, stress, menopauzaya girdikdən sonra hormon qəbul etməmək, hamiləlikdən qoruyucu preparatlardan uzaq durmaq – bunlar tamamən qadının əlindədir. Əməl edərsə, süd vəzi xərçənginə yoluxma riski azalar. 




Bu qədər çox risk faktoru varkən, qadınların niyə süd vəzi xərçəngi olmasını söyləmək çox çətindr. Bəzən olur ailədə, nəsildə genetik mutasiya yoxdur, amma gənc yaşda xərçəngə tutulur.




Ekstrogen hormonu qadına həm lazımlı, onu  diri, gənc tutan, həm də öldürən təhlükəli bir hormondur. Yaş artıqca xərçəng riski artır. Xəstələrimizin çoxu 55-65 yaşlarındadır. Çox irəli yaşlarda, şiş daha az görülür, ya da həmin insan artıq başqa səbəblərdən öldüyü üçün xərçəngə kimi gəlib çatmır. Bizim 85 yaşında belə xəstəmiz olub. İstənilən halda xəstə müalicə olunmalı, əməliyyat edilməlidir. Gecikdirilərsə, məməni tam bürüyən yaralar açılır.

Mən qurdlamış xərçəng yaraları gördüm. 




Xərçəng kütləsi süd vəzinin dərinliyindədirsə, ağrı verməz, amma köks və qoltuqaltına yaxınsa ağrı verə bilir. 

Amma ağrı oldu-olmadı qadınlar ildə bir dəfə onkoloq-mammoloq müayinəsindən keçməlidir.

 

 





















Süd vəzi xərçəngində süd vəzi və limfaların tam çıxarılması keçmişdə qaldı–  Onkologiyada yeni metodlar barədə türkiyəli professordan açıqlamalar
Süd vəzi xərçəngində süd vəzi və limfaların tam çıxarılması keçmişdə qaldı–  Onkologiyada yeni metodlar barədə türkiyəli professordan açıqlamalar
Süd vəzi xərçəngində süd vəzi və limfaların tam çıxarılması keçmişdə qaldı–  Onkologiyada yeni metodlar barədə türkiyəli professordan açıqlamalar
Süd vəzi xərçəngində süd vəzi və limfaların tam çıxarılması keçmişdə qaldı–  Onkologiyada yeni metodlar barədə türkiyəli professordan açıqlamalar