Yeni xərçəng peyvəndinin sınaqları 2025-ci ilin sonunda başlaya bilər.
“Medicina” xəbər verir ki, Rusiya alimləri böyrək, döş və mədəaltı vəzi xərçəngi də daxil olmaqla fərdiləşdirilmiş mRNT vaksinlərinin yaradılması üzərində işləyirlər.
Milli Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru peyvəndin sınaqlarının 2025-ci ilin sonu - 2026-cı ilin əvvəlində başlaya biləcəyini deyib.
Ginzburqun sözlərinə görə, ilk növbədə alimlər ən çox ölüm göstəricisi olan onkoloji xəstəlik olan kiçik hüceyrəli ağciyər xərçənginə qarşı vaksin yaratmağı planlaşdırırlar. Bundan sonra böyrək xərçəngi, döş xərçəngi və mədəaltı vəzi xərçənginə qarşı peyvənd üzərində işlərə başlanacaq.
Mərkəzin rəhbəri qeyd edib ki, vaksin üzərində işləmək üçün əsas şərt layihənin kifayət qədər maliyyələşdirilməsidir. Bundan asılı olaraq, xərçəngin heyvan modellərinin daha iki və ya üç sınaq xətti işə salınacaq.
"Belə ki, bu ilin sonu və ya gələn ilin əvvəlində onkoloji mərkəzlərdə olan xəstələrdə onkoloji peyvəndləri sınaqdan keçirməyə başlanılacaq”.
Dərman N.N. Surikov adına Epidemiologiya və Mikrobiologiya Elmi Mərkəzinin əməkdaşları tərəfindən hazırlanır.
Vladimir Putin Federal Tibbi və Bioloji Agentliyin (FMBA) rəhbəri Veronika Skvortsova ilə söhbətində Rusiyada xərçəngə qarşı peyvəndin yaradılmasını irəliləyiş adlandırıb.
Aygün Musayeva