Ana südünü körpə üçün nə dərəcə əhəmiyyətli olması hamıya məlumdur. Bəs əmizdirməyin ana üçün nə kimi faydaları var?
“Medicina” xəbər verir ki, Adelaide və Flinders Universitetinin mütəxəssisləri bu haqqda araşdırma aparıb.
Araşdırma tibbi müayinələrdə iştirak edən 160 əmizdirən ana üzərində keçirilib. Araşdırmaya əsasən, ən azı altı ay ana südü verən qadınların, körpələrinin doğulmasından sonra üç il ərzində qan təzyiqinin aşağı düşdüyünü və bədən çəkisinin bərpa olunduğu aşkar edilib.
Mütəxəssislərin fikrinə görə, hətta hamiləlik fəsadı yaşamış qadınlar üçün də, körpəni ana südü ilə qidalandırmağın müsbət nəticələr verdiyini, doğuşdan üç il sonra qan təzyiqində azalma və xolesterol dəyərlərində yaxşılaşma olduğu qeydə alınıb. Professor Flinders qeyd edib ki, bu proses ümümən qadın sağlamlığına müsbət təsir göstərən bir prosessdir.
“Körpəni ana südü ilə qidalandırmaq qadınlarda ürək-metabolik risk faktorlarını yaxşılaşdırır. Bu gələcəkdə ürək-damar və metabolik xəstəliklərə tutulma ehtimalı çox olanlar üçün sevindirici bir xəbərdir, çünki bu halda onların bu xəstəliklərə tutulma ehtimalı əhəmiyyətli dərəcədə azalır”.
Ümumdünya Səhiyyə Təşkilatı qadınlarda həm xroniki hipertoniya, həm də diabetin əhəmiyyətli dərəcədə azalmasına kömək etmək üçün 12 və ya 6 ay ərzində ana südü ilə qidalandırmağı tövsiyə edir.
Xanım