Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Süd verən analara məsləhət: İlk 40 gün...

  • 2020.10.01 13:15
  • 4121 Baxış
Süd verən analara məsləhət:  İlk 40 gün...
Mütəxəssislər bildirirlər ki, ana südü ilə qidalanan körpələrdə həzm və digər problemlərə az rastlanılır.

Medicina.az xəbər verir ki, həmçinin bu uşaqların zehni səviyyəsi də yüksək olur. Süd vermək ananı südvəzi, yumurtalıq xərçəngi, sümük əriməsi və anemiyadan qoruyur.

Araşdırmalara görə, süd verən analar öz çəkilərinə daha tez çatır.

Həkimlər bildirirlər ki, süd vermək yalnız qarın doyuzdurmaq deyil. Ana və körpə arasındakı bağı daha da gücləndirir, ananı depressiyadan qoruyur. Doğumdan təzminən 4 gün sonra normal süd gəlməyə başlayır. Süd tam qurtarana qədər uşağa verilməlidir.


Ağlamasa belə ilk 40 gün qida deposu yetərli olmadığı üçün təxminən 2 saatda bir körpə əmizdirilməlidir.

Həmçinin südü təmin edən prolaktin hormonu gecələr daha çox olduğu üçün gecə əmizdirmək də südü artırır.



Uşağa əlavə qida veriləcəksə, qaşıq, fincan və ya tibbi iynədən istifadə edilməlidir.

Əgər uşaq kifayət qədər idrara və nəcisə çıxırsa, çəkisi, fiziki və zehni inkişafı normaldırsa, bu körpənin doyması deməkdir.

Qeyd edək ki, ÜST və UNICEF uşaqların ilk 6 ay sadəcə ana südü ilə qidalanması məsləhət görür.

Aygün Nəbiyeva