Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Süd məhsulları sızanaqlara səbəb olur?

  • 2019.02.06 09:29
  • 7798 Baxış
Süd məhsulları sızanaqlara səbəb olur?

 

İnsanların təxminən 80%-i həyatlarının müəyyən bir dövrlərində sızanaq problemi yaşayır.

 

Sızanaqlar əsasən, dərinin məsamələri tutulduqda və ya üzdə olan yağ balansı pozulduqda meydana çıxır

 

Bəs görəsən yediyimiz qidalar sızanağın əmələ gəlməsinə nə dərəcədə təsir edir? 


Medicina.az bu suala cavab axtarıb: 


Sızanaqların yaranmasında qidaların böyük rolu var. Alimlər sübut ediblər ki, süni qidalarla qidalanma sızanaqların yaranmasına səbəb ola bilər.  


Məsələn hamburger hazırlayan restoranların mətbəxində işləyən işçilərdə "hamburger sızanağı” adlandırılan dəri probleminə tez-tez rast gəlmək olar. Bunun səbəbi bu işçilərin daha çox süni qidalarla təmasda olması və qidalanmasıdır. 

 

Omega-3 yağ turşuları, A, C, E vitaminləri, rəngli meyvə-tərəvəzlərdə olan antiosidantlar və yaşıl çayın dəriyə müsbət təsiri var. 

 

Bundan əlavə aparılan araşdırmaya görə, süd məhsullarından az istifadə olunması da sızanaqların müalicəsində əhəmiyyətli dərəcədə müsbət rol oynayır. 


Şokolad istifadəsi də sızanaqların əmələ gəlməsinə yol açır. Tərkibində yüksək miqdarda şəkər və kakao olan şokolad dəriyə qıcıqlandırıcı təsir edərək sızanaqların yayılmasını təmin edir. 

 

Arzu

Medicina.az