Zərif cinsin nümayəndələri üçün ünsiyyət və aktiv sosial həyat çox vacibdir. Bir qadın ünsiyyətcil olmadıqda və digər insanlarla əlaqə qurmağa çalışmadıqda, infarkt keçirmə riski artır.
“Medicina” xəbər verir ki, yalnızlıq hüceyrələrə mənfi təsir edir.
Sosial təcrid vəziyyətində vücudumuzun genləri arzuolunmaz təsirlərə məruz qalır, bu da iltihablı proseslərin ehtimalını artırır.
Nəticədə, tək insanlar viral infeksiyalara həssas olur, tez xəstələnir.
Tənha qadınlar əhval pozğunluğu və depressiyaya məruz qalırlar, onlarda ürək xəstəlikləri, hipertoniya, immun və sinir sisteminin pozğunluqları daha çox inkişaf edir.
Mütəxəssislərin fikrincə, qadının həyatında müəyyən psixososial amillərin olması ürək xəstəliklərinin inkişafını azaldır.
Kardioloqlar pis sosial-iqtisadi vəziyyət, depressiya və sosial təcrid kimi mənfi amillərin müxtəlif fizioloji disfunksiyalara və ürək problemlərinə səbəb olduğunu bildirib.
Mütəxəssislər 6 illik araşdırmanın nəticələrinə əsasən belə qənaətə gəliblər ki, tənhalıq və özünü cəmiyyətdən təcrid etmək qadınlarda orqanizmin fiziologiyasını dəyişir. Belə qadınlarda qanda gərginlik hormonlarının səviyyəsi artır, qan təzyiqi dəyişir, nəticədə həm ürək dərəcəsinə, həm də qan damarlarının sağlamlığına təsir göstərir.
Sübut kimi, psixoloqlar subay qadınların infarkt keçirməyə daha çox meylli olduğunu təsdiqləyən statistikaya istinad edirlər. Subay qızlarda ürək tutması evlilərə nisbətən 2,7 dəfə daha çoxdur.
Aygün Musayeva