2020- ci ildə PLOS One-da dərc olunan yeni UBC araşdırmasına görə, sosial əlaqələri olmayan qadınların piylənmə ehtimalı daha yüksəkdir. Kişilər isə tək yaşayırlarsa və kiçik bir sosial şəbəkəyə malikdirlərsə, piylənmə ehtimalı az olur.
“Medicina” xəbər verir ki, tədqiqatçılar Yaşlanma üzrə Kanada Araşdırmanın məlumatlarından istifadə edərək, 45-85 yaş arası 28 238 böyük insanın sosial şəbəkələrini və onların bel ətrafı, bədən kütləsi indeksi və ümumi piylənmə ilə əlaqəsini təhlil ediblər.
Onlar subay, dul, boşanmış qadınların qarın və ümumi piylənmə şanslarının daha yüksək olduğunu müəyyən ediblər. Əgər məhdud sosial çevrəyə malik olsalar, risk daha yüksək idi. Subay, tək yaşayan və aktiv ictimai fəaliyyəti olmayan qadınlar ən yüksək orta bel ölçüsünə sahib idilər.
Müqayisə üçün qeyd edək ki, kişilər arasında orta bel ölçüsü dul qalmış, birlikdə yaşayan və böyük sosial şəbəkəyə malik olanlar arasında ən yüksək idi.
Məsələn, sosial şəbəkəsində 219-dan çox dostu olan kişilərin obez olma ehtimalı daha yüksək qiymətləndirilib.
Bu tapıntılar, müxtəlif sosial əlaqələr və yaşlı qadın və kişilərin sağlamlığı arasında mümkün səbəb-nəticəni anlamaq üçün zamanla izləməyə imkan verir.
Aynur Məmmədova