Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Su satılan plastik qablar allergik konyuktivit yaradır - Göz həkimindən xəbərdarlıq

  • 2018.02.07 15:19
  • 20632 Baxış
Su satılan plastik qablar allergik konyuktivit yaradır -  Göz həkimindən xəbərdarlıq
Son zamanlar uşaqdan tutmuş böyüyə kimi çox adamda rast gəlinən allergik konyuktivitlər – gözün qızarması, gözün şişməsi, qaşınmasının səbəbləri qida, su və plastik qablardan qaynaqlanır. 


Bioloji Təbabət klinikasının həkim oftalmoloqu Nuridə Məmmədəliyeva Medicina.az –a açıqlamasında bildirdi ki, son zamanlar ədviyyatlı qidalar, uşaqlar üçün çubuqlar, krekerlər, çipslər, qutularda təbii şirələr gözün selikli qişasında iltihab yaradır.


" Orqanizmdə mənşəyi məlum olmayan iltihabın kökündə orqanizmə yad maddələrin keçməsi dayanır. Su içdiyimiz plastik qablarda iltihab yaradan maddələr var. Onlar orqanizmin istənilən selikli qişasında, həmçinin gözlərdə toplanıb iltihab yarada bilər. Ona görə uşaqları xüsusilə belə məhsullardan uzaq tutmaq lazımdır”.

Həkim qeyd etdi ki, Bioloji Təbabət klinikasında toksiki zəhərlənmənin dərəcəsəni təyin edərək, xəstəyə limfa drenaj olunur. Orqanizm toksinlərdən təmizləndikcə gözlərin selikli qişası da təmizlənir.

 

Orqanizm təmizlənməsə, gözləri ayrıca müalicə edib, dərman, damcı tökməyin faydası olmayacaq və konyuktivit yenidən qayıdacaq. 

 

 

Su satılan plastik qablar allergik konyuktivit yaradır -  Göz həkimindən xəbərdarlıq