Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Su içərkən yol verdiyiniz 5 SƏHV

  • 2022.04.19 16:09
  • 4123 Baxış
Su içərkən yol verdiyiniz 5 SƏHV


Su qəbulu zamanı əksər insanların yol verdiyi 5 əsas səhv açıqlanıb.

Bakupost.az xəbər verir ki, dietoloq İrina Stroqaya bu səhvləri sadalayıb.

"Birinci səhv insanın var gücü ilə, həddən artıq çox, istəmədiyi halda gündə 2 litr su içməyə çalışmasıdır.

Bunu etmək qəti olaraq qadağandır.

Suyu çox miqdarda o halda içmək olar ki, bədən özü susuzluq hiss etsin, su tələb etsin, yanğı çəksin. Gün ərzində heç su içmirsizsə, bunu az-az hər dəfə 3-5 qurtum olmaqla gündə 1 litrə çatdıra bilərsiz.

Həddən artıq çox su içmək elektrolit balansını pozur.

Suyu sürətlə, tez-tez içmək olmaz. Belə olan halda hüceyrələr arası maye balansı pozulur, su toxumalar arasına çökür, şişkinlik yaranır
Susuzluğu çay, qəhvə, şirə ilə dəf etmək olmaz. Susuyan kimi su için.

Buzlu su içmək olmaz. Bu azan sinirin iltihablanmasına səbəb olur.

Krandan su içmək də məsləhət deyil. Belə suda duzlar, ftor, xlor var. Bu isə hormonları, sümükləri məhv edir.

Qazlı su içmək də zərərlidir. Söhbət mineral sudan getmir".


Aygün Musayeva
BakuPost