Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Su həm baş ağrılarının qarşısını alır, həm də yuxu keyfiyyətini artırır

  • 2025.01.17 11:13
  • 574 Baxış
Su həm baş ağrılarının qarşısını alır,  həm də yuxu keyfiyyətini artırır
Su qəbulu həm baş ağrılarının qarşısını alır, həm də yuxu keyfiyyətini artırır.

Medicina.az xəbər verir ki, Türkiyə Nevroloji Dərnəyinin Baş Ağrısı İşçi Qrupunun sədri Prof. Dr. Saime Füsun Domaç hər kəsin müəyyən dövrlərdə yuxu problemi yaşadığını deyib:

"Yuxu saatları hər yaş qrupuna görə fərqlidir. Yeni doğulanlar üçün təxminən 16 saat, məktəblilər 8-10 saat, böyüklər üçün isə 8 saatdır".





"Axşam maye qəbulunu məhdudlaşdırın"

"Gecə yuxusunu itirdiyiniz zaman yenidən yatmağa çalışmayın. 30 dəqiqədən çox yuxuya gedə bilmirsinizsə, yataqdan qalxın. Kitab oxumaq və ya qaranlıqda dincəlmək kimi bəzi fəaliyyətlərlə məşğul olun. Yatmadan ən az iki saat əvvəl kompüter, telefon kimi elektron cihazlardan uzaq durun.

Gün ərzində yediyimiz qidalar, içdiyimiz içkilər və kofeinin miqdarı yuxu keyfiyyətimizə çox təsir edir. Yuxusuzluqdan əziyyət çəkən insanlar günortadan sonra qəhvəni məhdudlaşdırmalı, axşamlar isə karbohidrat kimi ağır qidalardan uzaq durmalıdırlar. Həmçinin maye qəbulunu dayandırın. Axşam saatlarında tualetə getmək yuxu keyfiyyətini pozur. Ayaqlarınız çox soyuqdursa, pambıq corab geyinin”.

Yuxu ilə baş ağrısı arasında əhəmiyyətli bir əlaqə olduğuna diqqət çəkən Domaç əlavə edib:


"Yuxu üçün gün ərzində bol su için. Kifayət qədər su içdikdə həm baş ağrısı azalır, həm də yuxu keyfiyyətini artırır. Yuxusuzluqdan əziyyət çəkənlərin maye içməsi həqiqətən vacibdir. Bundan əlavə, qidalanma və idmana da diqqət etmək lazımdır".

Aygün Nəbiyeva
Medicina.az