Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Stüardessa Nyu-York-Tel-Əviv reysindən sonra infeksiyadan ölüb

  • 2019.08.15 09:02
  • 5135 Baxış
Stüardessa Nyu-York-Tel-Əviv reysindən sonra infeksiyadan ölüb
İsrailin EI AI aviaşirkətinin stüardessası uzun sürət uçuşdan sonra qızılca xəstəliyindən ölüb. Medicina.az "The Mirror" nəşrinə istinadən xəbər verir ki, 43 yaşlı qadın Rotem Amitay Nyu-Yorkdan Tel-Əvivə martın 26-da uçub, uçuşdan bir neçə gün sonra isə stüardessanın birdən-birə qızdırması qalxıb və o, koma vəziyyətinə düşüb. Həkimlər qadına ölümə gətirib çıxaran ensefalit və beyin ödəmi diaqnozu qoyublar. İsrailin Səhiyyə Nazirliyi stüardessanın harada yoluxduğunu müəyyən edə bilməyib, lakin qadının uşaq vaxtı qızılca əleyhinə peyvənd qəbul etdiyini qeyd edib.
Stüardessa Nyu-York-Tel-Əviv reysindən sonra infeksiyadan ölüb