Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Stressli iş həyatının müsbət cəhəti tapıldı – Bu riski azaldır

  • 2024.04.19 17:40
  • 821 Baxış
Stressli iş həyatının müsbət cəhəti tapıldı –  Bu riski azaldır
Araşdırmalar stressin sağlamlıq üçün nə qədər zərərli olduğunu sübut etsə də, yeni bir analiz diqqəti cəlb edib.

Medicina.az xəbər verir ki, stressli işin demans riskini azalda biləcəyi ifadə edilib.

Yeni bir araşdırmaya görə, zehni cəhətdən çətin işlər demensiyanın inkişaf riskini azaldır.Belə ki, beyin iş zamanı nə qədər çox yorulsa, yaddaş və düşünmə ilə bağlı xəstəliklərə tutulmaq ehtimalı bir o qədər azalır.

Yeni araşdırmalar göstərir ki, insanı zehni cəhətdən iti saxlayan və təkrarlardan qaçınan işlər bu cəhətdən faydalıdır. Buna müəllimlik, ictimaiyyətlə əlaqələr və ya kompüter proqramlaşdırması sahəsində çalışmaq, eyni zamanda yaradıcılıq tələb edən bütün işlər daxildir.

Tədqiqat çərçivəsində Norveçin Oslo Universitet xəstəxanasından bir qrup 305 müxtəlif peşədən olan 7000 insanın sağlamlıq vəziyyətini təhlil edib.

Alimlər iştirakçıların iş zamanı yaşadığı koqnitiv stimullaşdırma miqdarını ölçüb nəticələrə görə onları dörd qrupa ayırıblar.

Həmçinin mühasibat uçotu və sənədləşdirmə kimi təkrarlanan rutin tapşırıqların dərəcəsi ölçülüb. Daha sonra yaradıcı təfəkkürə ehtiyac duyulan, təkrar olunmayan analitik tapşırıqların dərəcəsi müəyyən edilib.

Yaşı 70-dən yuxarı olan iştirakçılar yaddaş və düşüncə testlərindən keçiblər. Ən aşağı idrak tələbləri olan işlərdə çalışan işçilərin 42 faizinə yüngül idrak pozğunluğu diaqnozu qoyulub. Ən yüksək idrak tələb edən işlərdə çalışanların isə yalnız 27 bu diaqnoz qoyulub.

“Biz müxtəlif işlərin tələblərini araşdırdıq və həyatın müxtəlif mərhələlərində (30, 40, 50 və 60 yaşlarda) yüksək zehni fəaliyyət tələb edən işlərdə çalışmanın 20 yaşdan sonra yüngül koqnitiv pozğunluq riskinin azalması ilə əlaqəli olduğunu gördük.
Tapıntılarımız, qocalıqda yaddaş və düşüncəni qorumaq üçün daha mürəkkəb düşünmə tələb edən bir işə sahib olmağın dəyərini vurğulayır", - deyə tədqiqatın müəlliflərindən biri olan Trayn İdvin deyib.


Aysel