Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Stressin kişi sağlamlığına təsiri – Nə baş verir?

  • 2023.06.23 23:06
  • 2332 Baxış
Stressin kişi sağlamlığına təsiri  – Nə baş verir?
Stress qeyri-spesifik reaksiyadır, orqanizmin ona təqdim edilən hər hansı bir tələb, hadisə, vəziyyətə reaksiyasıdır.


“Medicina” xəbər verir ki, stress insan həyatının normal bir hissəsidir, üstəlik, zəruridir: stressli vəziyyətlər olmadan, həyat darıxdırıcı və monotondur. Risk, dəyişiklik, rəqabət elementləri, uğurlu və müasir olmaq arzusu həyatı maraqlı və rəngarəng edir.


Stress altında orqanizm, sağlamlığı və həyatı qorumaq, motivasiya etmək üçün bədənin fizioloji sistemlərinin səfərbər edilməsinə kömək edən adrenalin və norepinefrin hormonlarını istehsal edir.


Kişilər daha güclü cins sayılsalar da, stressə qadınlardan heç də az meylli deyillər. Məsələ burasındadır ki, kişilər mənfi emosiyalara qapılmadan, stresli vəziyyətdə “susmağa” meyllidirlər. Bir qayda olaraq, kişilər həyatın çətinliklərinə təkbaşına dözməyə çalışırlar.

Ancaq yorğunluq, daimi qayğılar, işdəki uğursuzluqlar, ailədəki münaqişələr onların sağlamlığına təsir etməyə bilməz.


Kişi bədəni stresə əzələ spazmları, həddindən artıq tərləmə, arterial hipertansiyon və aterosklerozun inkişafı, miokard infarktı, mədə xorası, potensialın azalması və spirtdən sui-istifadə ilə cavab verir.

Stress hormonal fərqlərə görə kişilərdə qadınlara nisbətən daha çox ateroskleroz üçün risk faktorudur.

Bundan əlavə, uzun müddət davam edən stress cinsi potensiyanın azalmasına səbəb ola bilər. Bu, adətən, stresli şərtlərin vaxtında aradan qaldırılması ilə yox olan müvəqqəti bir fenomendir, lakin hormonal pozğunluqlar, siqaret və alkoqol ilə birlikdə bu vəziyyət xroniki bir xəstəliyə çevrilə bilər.

Stressdə orqanizmə dəstək üçün nəfəs məşqləri, masaj, özünü masaj, autogenməşq vasitəsilə istirahət etməyi bacarmaq lazımdır.

Balanslaşdırılmış qidalanma, müntəzəm fiziki fəaliyyət, yaxşı yuxu, sevdiyiniz şeyə həvəs, dostlarla ünsiyyət və qohumların dəstəyi, əldə edilə bilən məqsədlər qoymaq, uğursuzluqlara müdrik münasibət və həyata müsbət münasibət və s.


Aynurə Məmmədova