Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Stressi azaldıb mənfi əhval-ruhiyyədən çıxaran ədviyyat

  • 2024.05.03 12:40
  • 769 Baxış
Stressi azaldıb mənfi əhval-ruhiyyədən çıxaran ədviyyat
Dəfnə yarpağı qədim dövrlərdən bəri istifadə edilən vasitələrdən biridir.

Medicina.az xəbər verir ki, dəfnə yarpağı həm qidalanmada, həm də spiritual fəaliyyətlərdə əhəmiyyətli yer tutub.

Bu da səbəbsiz deyil. Onun tərkibində antosiyaninlər, flavonlar, flavonoidlər, taninlər, alkaloidlər və linalool kimi bioaktiv birləşmələr var.

Qədim zamanlarda buxur kimi yandırılıb. Dəfnə yarpağının tüstüsünün pis ruhları qovduğuna inanılıb. Müasir dövrdə isə bunun izahı var. Belə ki, dəfnə yarpağı yandırıldıqda xoş qoxu yayır. Bu qoxunun təsiri ilə mənfi enerji dağılır və ətraf mühitə ionlar daxil olur. Beləliklə, stressin azalmasına və mənfi əhval-ruhiyyənin yaxşılaşmasına kömək etdiyi bildirilir.

Dəfnə yarpağı yaxşı vitamin mənbəyidir. A, C və B6 vitaminlərini ehtiva edir. Həmçinin kalium, kalsium, dəmir, manqan, mis və maqnezium mənbəyidir. Buna görə də immuniteti gücləndirir.

Bu ədviyyatı yeməklərə qatmaqla göz xəstəliklərindən qoruna bilərsiniz.

Dəfnə yarpağı iştahı açır, həzmi yaxşılaşdırır, əzələləri rahatlaşdırır.

Güclü antioksidantdır. Antibakterial, antiviral və antifungal xüsusiyyətləri ilə bədəndəki iltihabı azaldır. Yaraların tez sağalmasına kömək edir, dişlərin çürüməsinin qarşısını alır, ağız qoxusundan xilas edir.


Aysel