Fikir dağınıqlığı, diqqəti cəmləşdirməyin qeyri-mümkünlüyü, daxildə xoş olmayan hisslər - bunlar stressin tipik simptomlarıdır. Stressdən azad olmaq təkcə sizi normal həyata qaytarmır, eyni zamanda tez yaşlanmağında qarşısını alır, axı stress orqanizm üçün çox zərərlidir! Medicina.az stresi aradan qaldırmağın metodlarını təqdim edir.
Stressi aradan qaldırmağın 14 yolu
1 Saç daramaq
Yoğun iş günündən,kompyuter qarşısında saatlarla oturduqdan,fiziki işdən sonra stressi aradan qaldırmağın ən yaxşı üsullarından biri saçlarınızı daramaqdır.Saçları 10-15 dəqiqə ərzində daramaq beyin qan dövranını yaxşılaşdırmaqla stressi aradan qaldırır.
2 Dondurma yemək
Dondurma dadlı və sərinləşdirici qida hesab edilir.Dadlı qida isə stressi aradan qaldıran ən yaxşı vasitələrdən biridir.Daha doğrusu dondurma antistress dopinqdir.Yaxşı əhval ruhiyədə qalmaq üçün Omeqa-3 yağı da çox faydalı qida sayılır.Çünki,Omeqa-3 yağı sinir sistemini möhkəmləndirmək qabiliyyətinə malikdir.
3 Massaj
Enerjinizi qoruyub saxlamaq və stressinizi atmaq istəyirsinizsə o zaman burnunuzun altında tən ortada dodağınızın üst olan hissənini və ovucunuzun içini nöqtə massajı edin.
4 Ovucun içini massaj etmək
Bu massaj orqanizmdəki gərginliyi aradan qaldırır və insanın sinir sistemini sakitləşdirir.Qulaqları da ovuşdurmaq sinir sistemindəki gərginliyi aradan qaldırır.Bu vasitə iş zamanı daha çox insanların köməyinə çatır.
5 Duş qəbul etmək
Mənfi enerjidən xilas olmağın ən yaxşı üsullarından biri də duş qəbul etməkdir.İsti duş qəbul etmək və başı yuyarkən massaj eləmək stressi aradan qaldırır.
6 27 əşya adı sayın
Qədim xalq deyimlərinə görə stressli zamanlarda evdə olan 27 əşyanın adını yavaş-yavaş saymaq insanın əsəblərini sakitləşdirir.
7 Pilləkən idmanı
Sinir sisteminizdə olan gərginliyi aradan qaldırmaq üçün 2 pilləli pilləkəni aşağı-yuxarı düşüb qalxın.Bu üsul insanın emosiyalarını yüksəldir.
8 Rəsm çəkmək
Psixoloqlar rəsm çəkməyin insan psixologiyasına müsbət təsir etdiyini deyirlər.Gün ərzində bir-neçə dəfə 3-5 dəqiqə rəsm çəkmək insanın sinir sistemini sakitləşdirir və beyninə sakitləşdirici təsir edir.
9 Qibiskus(çin qızılgülü)çayı
Bu çay orqanizmdə olan sərbəst radikallara qarşı mübarizə aparır.Qibiskus dəmləməsi orqanizmdən gərginliyi,həyəcanı götürür,stressi aradan qaldırır.
10 Əlləri övkələmək
Bir-çox insanlar vardır ki,onlar əsbləşərkən əllərini bir-birinə sıxıb övkələyirlər.Bu əsəbləşən zaman əzələlərin elastikliyini itirdiyi üçün baş verir.Bu əlamət yalnız əl və çiyin əzələlərində deyil,boyun və onurğa ətrafı əzələlər üçün də keçərlidir.
11 Təmizlik işləri etmək
Mütəxəssislər yır-yığış etməyin insana xoş təsir bağışladığını söyləyirlər.Əşyaları yığıb-yığışdırmaq,uzun müddət təmizlənməyən yerlərin təmizlənməsi və qaydaya salınması insana sakitlik gətirir.
12 Tək qalmaq
Bəzən qısamüddətli tənhalıq insana öz fikirlərini toplamaqda yardım edir.Psixoloqlar stressli vəziyyətlərdə tək qalıb düşünməyi məsləhət bilirlər.Gərgin vaxtınızda sakit bir guşəyə çəkilin və ürəyinizdən keçənləri bir vərəqə yazın.Gələcək planlarınızı və arzularınızı da yazsanız çox rahatlıq tapacaqsanız.
13 Aromaterapiya
Gözəl və güclü ətirlər insan psixologiyasına təsir etməklə yanaşı əhval-ruhiyəni də qaldırır.Bunun üçün əlinizin altında daima ətir saxlayın.Çünki,gözəl ətirlər insana özünü xoşbəxt hiss etdirir.Gözəl ətir insana ilahi bir sevinc bəxş etmək qabiliyyətinə malikdir.
14 Rəqs edin
Əsəbi olduğunuz zaman ritmik musiqi altında rəqs etməyə çalışın.Əgər evdə rəqs etməyə imkanınız yoxdursa o zaman fitnes kluba gedin.Bu sizə stressinizi atmaqda köməkçi olacaq.