İstənilən neqativ xəbərlər, işdə həddən artıq yüklənmə, şəxsi həyatda problemlər bu gün psixi narahatçılığa səbəb ola bilər. Bəzən səbrin son damlasını daşıran xırda şeylər əsəb pozğunluğuna gətirib çıxarır.
“Medicina” xəbər verir ki, bunun üçün psixoloqların sizi bir neçə dəqiqə ərzində kömək edəcək üsulları var.
Soyuq su ilə yuyunun
Alimlər sübut ediblər ki, sıfırdan aşağı temperatur beyində serotonin - stressin öhdəsindən gəlməyə kömək edən sevinc hormonunun istehsalını artırır. Məhz buna görə də güclü həyəcan zamanı görüləcək ilk şey soyuq buzlu su ilə yuyulmaq və ya heç olmasa əllərinizi dirsəyə qədər suya salmaqdır. Daha yaxşısı kontrastlı duş qəbul edin.
Düzgün nəfəs alın
Stress zamanı nəfəs səthi ola bilər. Bu narahatlığı daha da artıra və hətta panik ataklara səbəb ola bilər. Ən sadəsi burnunuzdan və ağzınızdan nəfəs almaqdır. Nəfəs dərin və uzun olmalıdır. Həm də düzgün nəfəs almaq üçün sinə hərəkətsiz qalmalı və mədə, qarın nəfəs alarkən şişirilməli, nəfəs verərkən geri çəkilməlidir. Bu anı bir əlini sinə, digərini isə qarın üzərinə qoyaraq idarə etmək olar. Ən azı 5-7 nəfəs dairəsi edin.
İstənilən fiziki məşq edin
Stress emosiyaların sərbəst buraxılmasını tələb edir. Və bunu istənilən fiziki fəaliyyətlə edə bilərsiniz. Atlamağa, çömbəlməyə, yuxarı qalxmağa başlayın. Əgər ofisdəsinizsə, pilləkənlə aşağı enib qalxın. Evdə təmizlik edə bilərsiniz - döşəmələri yuyun, əşyaları yerini dəyişin. Əsas odur ki, hərəkətsiz qalmayın.
Diqqətinizi başqa şeyə yönəldin
Stress zamanı başda ən mümkün və mümkün olmayan mənfi ssenarilər açılır. Ən pisi beynimizdə min cür qara fikirlərə düşürük. Diqqəti başqa bir şeyə yönəldən hər hansı bir fəaliyyət düşüncə axınını dayandırmağa kömək edəcəkdir. Məsələn, mehriban bir filmi və ya serialı aça, rəsm çəkməyə, toxunmağa, tikməyə başlaya bilərsiniz.
Bir çox psixoloqlar sadə bir məşq təklif edirlər. Məsələn, diqqətinizi gördüyünüz hər şeyə yönəltmək - stulda dayanarkən və ya oturarkən, görmə xəttinizdə olan bütün obyektləri zehni olaraq siyahıya alın. Onların formasını və rəngini də ucadan deyə bilərsiz.
Dostuna zəng et, kömək istə
Kömək istəməkdən qorxmayın.Sevdiyiniz insana çox narahat olduğunuzu söyləmək, hisslərinizi bölüşmək tamamilə normaldır. Bəzən dostla bir söhbət hər şeyi öz yerinə qoya bilər: situasiyanı danışaraq, ona kənardan baxırsan və bəlkə də bir çıxış yolu tapırsan. Danışmaq psixika üçün çox vacibdir, hər şeyi özündə saxlamamalısan.
Aynurə Məmmədova