Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Stress və yuxusuzluq varsa, bunu yeyin – Ən faydalı qida açıqlandı

  • 2020.03.06 19:06
  • 3405 Baxış
Stress və yuxusuzluq varsa, bunu yeyin –  Ən faydalı qida açıqlandı


Alimlər streslə mübarizə üçün çox faydalı maraqlı bir ərzaq məhsulunun adını açıqlayıb.
Sən demə, prebiotiklər nevroza qarşı yaxşı təsir edir, yuxunu normallaşdırır.

Medicina.az xəbər verir ki, bu fikrə amerikalı alimlər son elmi işlərinin yekununda gəliblər.

Kolorado Universitetinin alimləri siçanlar üzərində apardıqlarə təcrübədə bir qrup siçanı adi yeməklə qidalandırıb, digər qrupa prebiotiklər əlavə edilmiş qidalar veriblər.

Bu qrupa qalaktooliqosaxaridlər – mərci və sparjada çox olur, polidektreoz – şəkər əvəzedici, laktoferrin - ana südündə olan, zülal çox verildi.

Daha sonra heyvanlar güclü stres təsirinə məruz qalır və onların yuxusu, əhvalı, fizioloji parametrləri dəyərləndirilir.
Qidasına prebiotiklər daxil edilən siçanlar stresdən daha az zərər çəkmiş, tez bərpa olmuş və yuxuları yaxşı idi.


Adi qidalanan heyvanlarda isə bədən hərarəti dəyişmiş, bağırsaq pozulmuş, stres uzun müddət təsir etmiş, yuxu pozulmuşdu.

Eləcə də siçanların nəcis analizi də fərqli olmuşdur: prebiotik qəbul edən siçanların analizində yağ turşuları, şəkər və steroidlər çox olmuşdu.

Alimlər bildirir ki, prebiotikin əsəblərə belə təsir etməsinin mexanizmi hələ tam öyrənilməyib, amma nəticələr göstərdi ki, bu qida fizioloji stress üçün çox faydalıdır.

Prebiotik nədir: Bu elə bir qida komponentidir ki, həzm olunmur və orqanizm tərəfindən mənimsənilmir, onu qəbul etdikdə bağırsağın normal mikroflorası bərpa olur, güclənir, faydalı bakteriyalar çoxalır.


Prebiotik antibiotik qəbulundan sonra bağırsağı bərpa edir, ishala qarşıdır və immuniteti möhkəmlədir. Təbii prebiotiklər alma, kələm, ənginar, sparja və paxlalılarda var. Eləcə də apteklərdə hazır prebiotik preparatlar satılır