Stress və xolesterinə qarşı insanın gündə müəyyən qədər maqneziuma ehtiyacı var ki, hər iki problemə qalib gəlsin.
“Medicina” xəbər verir ki, maqnezium çatışmazlığı insanı yorğun və yuxulu edir. Bu kimyəvi element bədənimizdə müəyyən funksiyaları yerinə yetirir.
Həkim – endokrinoloq Zuxra Pavlovanın sözlərinə görə, müasir bir insanın sağlamlığı davamlı stresin qurbanı olur.
Son zamanlarda daha tez-tez eşidə bilərsiniz ki, maqnezium stresslə mübarizədə ən təsirli köməkçilərdən biridir.
Maqnezium həqiqətən stresə daha davamlı olmağımıza kömək edir. Məsələ burasındadır ki, stress hormonlarının istehsalında iştirak edən daxili sekresiya vəziləri maqnezium çatmayanda hiss edir və daha intensiv işləməyə başlayır. Bədəndə kifayət qədər maqnezium varsa, o zaman daha az stress hormonları istehsal olunur.
Maqnezium həmçinin neyronların həyəcanlılığını azaltmağa və sinir-əzələ ötürülməsini azaltmağa kömək edir, bu da motor həyəcanının öhdəsindən gəlməyi asanlaşdırır.
Bununla belə, maqneziumun faydalı xüsusiyyətləri bununla bitmir. Bu maddə karbohidrat-fosfor və enerji mübadiləsinin yüzlərlə reaksiyasında köməkçi kimi çıxış edir. Bundan əlavə, bu kimyəvi element qlükoza mübadiləsində iştirak edir və qanda "pis" xolesterinin səviyyəsini azaltmağa kömək edir.
Maqnezium, həmçinin DNT və RNT ilə bağlı genetik məlumatın ötürülməsi üçün lazımdır. Bu maddə təzyiqi normallaşdırmağa kömək edir, bağırsaq hərəkətliliyini və öd kisəsini stimullaşdırır, sidik yollarında daşların əmələ gəlməsindən qoruyur.
Nəhayət, maqnezium yorğunluqla mübarizə aparmağa imkan verir, buna görə də bu maddənin çatışmazlığı olan insanlar tez-tez yorğunluqdan şikayət edir.
Yetkinlər üçün gündəlik ehtiyac 420 mq, uşaqlar üçün - 55 ilə 400 mq arasındadır. Eləcə də maqneziumla zəngin qidalar yeməlisiz.
Aynurə Məmmədova