Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Stress və təşvişi 75% azaldacaq – yeni üsul tapıldı

  • 2023.09.11 15:57
  • 1268 Baxış
Stress və təşvişi 75% azaldacaq  – yeni üsul tapıldı
Hazırda təşvişli, stress və panik ataklı insanların sayı günbəgün artır.

Artıq insanlar əsəblərini sakitləşdirməyin yollarını bilmir. Alimlər isə hər ay yeni variantlar düşünür.


“Medicina” xəbər verir ki, Britaniyanın Bata universitetinin alimləri relaksasiya üçün “ağıllı şar” icad ediblər.


Bu şar meditasiyalar tətbiqində yer alır. Ondan istifadə etdikdə istifadəçi nəfəs alıb verdikdə şar yığılıb açılır.

Alimlərin fikrincə bu tətbiqdə şarı izləyərək nəfəs məşqləri emosiyaları tənzimləyə bilər.
Onlar 58 könüllü üzərində apardıqları elmi işdə şarın həyəcan –təşvişi 74% azaltdığını sübut ediblər.

Nəfəs məşqləri çoxdan psixi müalicələrdə istifadə edilir. Lakin bu şarla texnika daha uğurlu olur.
İştirakçılar şar olmadan nəfəsdə diqqətlərini cəmləyə bilmədiklərindən şikayətlənirdilər. Ona görə də ağıllı şar metodun effektivliyini artırır.


Aygün Musayeva