Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Stress və əsəbdən boyun ağrıya bilər – Türk həkim

  • 2023.05.04 18:17
  • 2518 Baxış
Stress və əsəbdən boyun ağrıya bilər  – Türk həkim
Boyun ağrısının səbəbləri psixoloji ola bilər. Əgər ciddi stress, narahatlıq, qayğı problemləri varsa, bədən daim spazma halındadır.

Stress zamanı əzələlərin gərilməsinə səbəb olan hormonların hasili artır.

“Medicina” xəbər verir ki, Türkiyənin Memorial Ataşehir Xəstəxanasının Prof. Dr. Zəfər Orkun Toktaşın sözlərinə görə, gün ərzində arta bilən boyun ağrısı, boyun əzələlərindən, sümüklərindən və ya boyundakı hər hansı bir sinirdən qaynaqlanan ağrı hissi də daxil olmaqla bir çox fərqli faktorlardan inkişaf edə bilər.

Bunları belə sıralamaq olar:

• Boyun yırtıqları
• Boyuna zərbə
• Uzun müddət masa arxasında işləmək
• Stress

• Uzun müddət boyundan asimmetrik mövqelərdə istifadə, məsələn, skripka çalmaq
• Boyun yırtığı
• Boyun sümüklərinin problemləri

• Boyundakı daxili bağların problemləri

Mütəxəssis bildirdi ki, stresslə bağlı boyun ağrılarına uzun müddət avtomobil idarə etmək, bütün günü ofisdə oturmaq, telefona baxmaq səbəb olur. Buna görə fiziki aktivlik, gimnastika, masaj, stresi azaltmaq vacibdir.

Günay Quliyeva