Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Stress və depressiyadan bədəndə ağrılar

  • 2023.05.03 14:16
  • 1307 Baxış
Stress və depressiyadan bədəndə ağrılar
Bəzən qısamüddətli stress orqanizmə xeyirdir. Bunun nəticəsində diqqətin cəmlənməsi və çətin vəziyyətə düşdükdə, beynin toparlanıb, cavab vermək instikti möhkəmlənir.

Lakin uzunmüddətli davam edən xroniki stress bədənə dağıdıcı təsir göstərə bilir.

“Medicina” xəbər verir ki, həkim – nevroloq Dmitriy Şubinin sözlərinə görə, daimi sinir gərginliyi ilə stress xroniki depressiya yaradacaq.

“Xroniki depressiyada olan bir insanda ağrıları azaltmağa cavabdeh olan neyrotransmitterlər tükənir. Bu tükənmə nəticəsində ağrı impulsları beynə sərbəst daxil olur, bu da ağrıya həssaslığı artırır”.

Mütəxəssis hesab edir ki, depressiyadan əziyyət çəkən xəstələrin 65%-də xroniki ağrılar inkişaf edir. Bir qayda olaraq, belə xəstələr hiss etdikləri ağrıları aydın şəkildə təsvir edə bilmirlər. Bədənlərində qarışıq və gəzən ağrı olduğunu deyirlər.

Ona görə də stress və depressiv vəziyyəti inkişaf etmiş bir mərhələyə gətirmək olmaz. Xroniki ağrının inkişafının qarşısını almaq üçün qəbul edilən adi ağrıkəsici dərmanlar xəstəyə kömək etməyəcək. Bunun üçün psixiatra və ya nevroloqa müraciət etmək daha məqsədəuyğundur.

Günay Quliyeva