Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Stress heç də zərərli deyilmiş – Alimlərdən ilginc araşdırma

  • 2018.03.13 13:01
  • 21000 Baxış
Stress heç də zərərli deyilmiş –  Alimlərdən ilginc araşdırma

Mütəxəssislər hər zaman stresdən qaçmağı tövsiyə edir. Səbəb isə stresin insan daxilinə, sağlamlığına vurduğu zərərdir. Belə ki, stress ürək xəstəliyi, şəkər, depressiya, baş ağrılarına səbəb olur.





Medicina.az xəbər verir ki, yeni araşdırmalar isə hər kəsi təəccübləndirib. Belə ki, yeni araşdırmaya görə, stress hər zaman zərərli deyil.

Yeni aparılan təcrübələr güc, enerji və xoşbəxt olmağın yolunun gərginlikdən keçdiyini təsbit edib. Stress əslində insanların daha güclü, sürətli və daha enerjili davranmalarına kömək edir.




Stresli bir hadisədən 15 dəqiqə sonra vücud, qan dövranındakı patogen adlı mübarizə hüceyrələrini hərəkətə keçirir. Bu isə maddələr mübadiləsinin güclənməsi üçün bədənə yayılır.




Maddələr mübadiləsi məhz streslə daha da güclənir.




Həmçinin stresin insan yaddaşını gücləndirdiyi də məlumatlarda qeyd edilib.

 

Şəhanə Quliyeva