İşdə, evdə, yolda, ailədə, ən xırda problemdən ötrü yaranan gərginlik və əsəb, xüsusən qışqırma həddinə çatanda insanın damarları – magistral və beyinə gedən əsas damarlar 7 sutka müddətinə yığılmış olur.
Medicina.az xəbər verir ki, nəticədə beyinə qan, oksigen yaxşı getmir. İmmuniteti "söndürülmüş” insan zəifləyir, orqanlar normal fəaliyyət göstərmir, enerji təminatı olmur, qanda və bağırsaqlarda zərərli mikrobakteriyalar, viruslar çoxalır.
Bu vəziyyəti loru dillə belə izah etmək olar: 7 gün orqanizmin müdafiə sistemi sönmüş olur. Üstəlik hormonal fon pozulur, zərərli hormonların qana sıçrayışı artır. Hər gün əsəbiləşən insanın immuniteti demək olar ki, aylarla zəif vəziyyətdə olur. Bununla da ağır xəstəliklərin əsası qoyulur.
Stresli insanda insulin miqdarı pozulur.
Depressiyada olan insan ağ çörək, ağ un məmulatlarından bişmələr, şirniyyatlardan uzaq durmalıdır. Qənd, şəkər tozu tamamilə yığışdırılmalıdır.
Lazım olanlar:
-Qara, arpa çörəyi yeyilməli
-Zirədən dəmləmə içmək – 1 çay qaşığı zirə bir stəkan qaynar suda dəmlənir, 1 gündən bir içilir
-Hər gün çoxlu tərəvəzli salatlar yeyin: kələm, kök, çuğundur, ispanaq, pomidor, xiyar, göyərtilər, meyvələr
-Axşam düşəndən sonra kofe, çay, şirniyyat, ağır yeməklər olmaz
-Yod tərkibli qidalar, preparatlar qəbul etmək
-Hər gün yeməkdən sonra çay qaşığının yarısı qədər təmiz sarıkökü dil altına qoyub, 10 dəqiqə saxlamaq, sonra udmaq.
-İstənilən münaqişə və mübahisəli vəziyyətdə dərhal uzaqlaşmalı
-Propolis – vələmum alıb, saqqız kimi çeynəməli
ZƏRURİ QEYD: Stresdən uzaq olmaq üçün məsləhət görülənlərdən hər hansı biri mövcud xəstəliyinizə əks-göstərişdirsə, həkiminizlə məsləhətləşmədən etməyin.