Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Stress çarxının satışı dayandırıla bilər

  • 2018.03.14 12:07
  • 13507 Baxış
Stress çarxının satışı dayandırıla bilər
Avropa Komissiyası spinnerləri  insan sağlamlığı üçün təhlükəli qeyri-ərzaq mallarının siyahısına daxil edib.


Medicina.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın illik hesabatında qeyd olunub.


"Stres çarxı”, bu və ya digər riskli məhsullar barədə bildiriş göndərən sistemə əlavə edilib.


Qaydaya görə, belə bildiriş Avropa İttifaqı ölkələri arasında zərərli mallar haqqında ani məlumat mübadiləsi aparmağa və onları operativ şəkildə satışdan çıxarmağa kömək edir.


Hər hansı Aİ ölkəsində müəyyən mal zərərli məhsul kimi tanındığı təqdirdə, bu barədə informasiya digər üzv dövlətlərə də yayılır.


Spinnerin təhlükəli mallar siyasına düşməsinə səbəb, içində azyaşlı uşağın uda biləcəyi xırda detalların olmasıdır.


Hesabatda qeyd olunur ki, bu xüsusilə elektrik işıqlandırma ilə təciz olunmuş, içində xırda batareyaları olan spinnerlərə şamil olunur.  Onlar orqanizmə düşdükdə qida borusu və bağırsaqları yandıra bilər.