Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Stress, allergiya və xərçəng kimi xəstəliklərin qarşısını alır- QIZIL SÜDÜN FAYDALARI VƏ HAZIRLANMASI

  • 2019.08.16 12:05
  • 34069 Baxış
Stress, allergiya və xərçəng kimi xəstəliklərin qarşısını alır-  QIZIL SÜDÜN FAYDALARI VƏ HAZIRLANMASI

Qızılı süd içkisi görünüşünə görə verilmiş addır. Bəs faydaları nədir, evdə hazırlamaq mümükündürmü? Medicina.az-ın hazırladığı bu materialda bütün suallarınıza cavab tapa biləcəksiniz:

Qızıl süd nədir?
Xam malı sarıkök və süddən ibarətdir. Rəngi sarımtıl olduğu üçün qızıl süd adı verilib. Çox faydalı olan bu içkinin tərkibində qara istiot və darçın da var.

•    Nəfəs yolu infeksiyalarının müalicəsində istifadə edilir. Boğaz ağrısını yüngülləşdirir. •    İmmun sistemini gücləndirir və allergiya ehtimalını minimuma salır. •    Bu qarışığın içinə bir az Hindistan qozu, yağı əlavə etsəniz möcüzəvi təsiri olacaq. Rahat yuxuya dalmağa şərait yaradır. •    Maddələr mübadiləsini sürətləndirir, həzmi yaxşılaşdırır •    Yağların yandırılmasını sürətləndirir. Eyni zamanda uzun müddət tox tutma qabiliyyətinə malikdir. Arıqlamağa kömək edir. •    Orqanizmi təmizləyir, bədəndə hüceyrələrin yenilənməsinə yardımcı olur. •    Toksiki maddələrin vücuddan atılmasına şərait yaradarkən, cildi gözəlləşdirir. •    Sızanaq yaranmasını əngəlləyir, var olanları isə sağaldır. •    Aybaşı sanclırınn ağrılarını azaldır. •    Qaraciyər yağlanmsına mane olur. •    Təbii ağrıkəsicidir.

Evdə hazırlanan qızıl süd resepti

Lazımolanlar:

•    2 stəkan süd (inək südü və yaxud hind qozu südü) •    2 çay qaşığı darçın •    2 çay qaşığı sarıkök •    1 xörək qaşığı bal •    bir çimdik qara istiot

Hazırlanma qaydası:
Südü bir qaba töküb qızdırın, aşağı xodda olan qazın üstünə bişirdkcə qarışdırın. Üzərinə darçın, sarıkök və istiot tökün, qaynayana kimi yaxşıca qarışdırın. Bir-birni qarışana kimi qaynadın. tamamilə bir-birinə qarışandan sonra qazı söndürüb, bir az gözləyin. İlıq olanda balı əlavə edib, yaxşıca qarışdırın. Soyumamış için.  Ayna Məmmədova Medicina.az