Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Streslə mübarizə üçün robot pişik yaradılıb - VİDEO

  • 2019.10.05 10:36
  • 4328 Baxış
Streslə mübarizə üçün robot pişik yaradılıb -  VİDEO

 

Yaponiyada bir mühəndislik şirkəti başsız robot pişik hazırlayıb.

 

Medicina.Az xarici mətbuata istinadən xəbər verir ki, Berlində keçirilən "IFA-2019" sərgisində nümayiş olunan yeni qurğunun əsas vəzifəsi insana stresslə mübarizə aparmaqda kömək etməkdir.

 

Belə ki, başsız robot pişiyin əsas özəlliyi eynən canlı pişiklər kimi quyruğunu yelləməsidir. "Qoobo" adlı texnologiya bir neçə psixoloji testdən keçirilərək effektivliyi sübuta yetirilib.

 

Robot pişik tumarlanan zaman tərpənməyə başlayır və quyruğunu bulayır. Qurğunun effektivliyi bir neçə könüllünün üzərində aparılan sınaqlarda qiymətləndirilib. Şirkət mütəxəssisləri könüllülərin stress səviyyəsini qiymətləndirdikdən sonra onlara robot pişiyi tumarlamağa icazə veriblər. Bu proses başa çatdıqdan sonra sorğu keçirilib.

 

Tədqiqatdan məlum olub ki, qurğu insana apatiya və yorğunluq səviyyəsini, eləcə də gərginliyi azaltmağa imkan verib və depressiya ilə mübarizə aparmağa kömək edib. İndiyədək satılan "Qoobo" qurğularının sayı 10 min təşkil edir.