Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Stresi məhv edən 3 təbii qida - Psixobiotik dieta

  • 2022.12.02 17:25
  • 3252 Baxış
Stresi məhv edən 3 təbii qida  - Psixobiotik dieta

Fermentləşdirilmiş istənilən qida stresin əsl düşmənidir.

“Medicina” xəbər verir ki, dietoloq həkim Vasilisa Ponomaryova əsas 3 qidanı açıqlayıb.


“Kefir, təbii yoqurt, duza qoyulmuş kələm və kimçi təbii formada stresi azalda bilər.

Alimlər elmi tədqiqatla bu məhsulların müxtəlif yaş qrupunda insanlara təsirini araşdırıb.

Psixobiotik dieta belədir.

- Hər gün prebiotik lifli qidalardan 2-dən 100 qram yemək – banan, paxla, kələm
- Fermentləşdirilmiş qida – kefir, yoqurt, duza qoyulmuş kələm və suyu

4 həftəlik nəticə göstərib ki, bu qidalanmaya əməl edən qrup daha az əsəbi olub, şən olub, yaxşı yatıblar.
Alimlər bunu bağırsaqların beyinə təsiri ilə əlaqələndirir.

Bağırsaq və beyin neyronları bir-birinə siqnal ötürür. Bu qrup qidalar isə bağırsaq mikroflorasını yaxşılaşdırır, həzmi asanlaşdırır, faydalı bakteriyaları artırır.

Xoşbəxtlik hormonu da bağırsaqlarda hasil olur”


Aygün Musayeva