Son araşdırmalar hamamın ağlamaq üçün ən çox üstünlük verilən yerlərdən biri olduğunu ortaya çıxarıb.
Medicina.az xəbər verir ki, neyropsixoloq Dr. Amber Conston və məsləhətçi Ceorcina Sturmer insanların duşda niyə ağladığını izah ediblər.
Araşdırmalara görə, insanların 74 faizi çimərkən ağlayır. Duş çox vaxt düşüncələrimizlə tək qaldığımız nadir anlardan biridir. Bir çox insan stres, narahatlıq və kədər kimi səbəblərə görə duş zamanı duyğularını idarə edə bilmir.Həkimlər isə bu davranışı dəstəkləyirlər.
Doktor Conston duşda ağlamağın beyin və bədən üçün faydalı olduğunu bildirib:
“Görürük ki, isti duş zamanı ağlamaq həm bədəndəki, həm də zehni gərginliyi azaltmaqda, bədəni böyük bir rahatlama vəziyyətinə qaytarmaqda təsirlidir. Üstəlik, duşda ağlamaq əhval-ruhiyyəni yüksəltməyə kömək edən kimyəvi maddələri stimullaşdıra bilər. Bu təcrübədən sonra insanlar özlərini daha rahat və yatmağa hazır hiss edə bilərlər”.
C.Sturmer isə bildirib ki, ağlamaq basdırılmış duyğularımızı azad etmək və özümüzü sakitləşdirmək üçün təbii bir yoldur.
“Amma biz hələ də ehtiyac duyduğumuz zaman göz yaşı tökməkdə özümüzü rahat hiss etmirik. Göz yaşlarımızın yersiz, utancverici və ya zəiflik əlaməti olduğunu düşünmək daha məntiqli gəlir. Neqativ hal kimi görünsə də, ağlamaq faydalıdır.
Göz yaşları stress hormonlarının detoksu kimi düşünülə bilər. Bu, bədənin artan gərginliyə qarşı təbii antidotudur. Ağlamaq əhvalınızı yüksəltməklə təbii ağrı kəsici kimi təsir göstərir”, - deyə o vurğulayıb.
Aysel