Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Stresdən ürəyi qorumaq üçün - 4 üsul

  • 2023.07.28 21:02
  • 1572 Baxış
Stresdən ürəyi qorumaq üçün     - 4 üsul
Yüksək qan təzyiqi riskini minimuma endirmək üçün həyat tərzinə dəyişiklik edib, stresi azaltmaq lazımdır.

“Medicina” xəbər verir ki, stress və psixi problemlər ürək və qan damarlarını zədələyir.

Kardioloq Oleq Varfolomeyin sözlərinə görə, 2011-2021-ci illər arasında ürək-damar xəstəlikləri təxminən 17 faiz, ruhi xəstəliklər isə təxminən 37 faiz artıb.


“Siqaret çəkmə və həddindən artıq içki ilə yanaşı, davamlı stress ürək-damar xəstəlikləri üçün ən vacib qarşısı alına bilən risk faktorlarından biridir.

1. Yorulmusansa, peşman olmadan istirahət edin. Gündəlik həyatınızın öhdəsindən gəlməkdə çətinlik çəkdiyinizi hiss edirsinizsə istirahət edin. Əgər idman sizin üçün çox gərgindirsə, qısa bir gəzinti və yuxu kifayət edər.

2. Siz gərginsiniz? Özünüzə bir yaxşılıq edin. Davamlı olaraq başqaları ilə mübarizə aparır və ya inciyirsinizsə, sizi rahatladan bir şeylər edin.

Bəziləri üçün bu, məşq və ya meditasiyadır. Digərləri üçün evdə bir az seriala baxmaq və ya qəhvə, tortla çay içməkdir.

3. Özünüzü əzgin hiss edirsiniz? Birinin qayğısına qalın. Siz həqiqətən heç bir probleminizin olmadığını və yaxşı olduğunuzu görə bilərsiniz. Birinin qayğısına qalın, başqalarına kömək edin.

4. Çox məşğulsunuz? Bütün bunların mənasını düşünün. Həyatını yaxşı təşkil edən, onu praqmatik və enerjili şəkildə aparan insan özünü çox vaxt yaxşı yağlanmış maşın kimi hiss edir: hər şey davam edir, amma iş heç vaxt bitmir.

Günay Quluzadə