Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Stresdən beyinə qan sıza bilərmi?

  • 2024.08.14 17:21
  • 1379 Baxış
Stresdən beyinə qan sıza bilərmi?

Stress, əsəb 20-dən çox xəstəlik və orqana təsir edir.

Medicina.az xəbər verir ki, psixiatr Azər Bağırov stresin zərərlərini sədələyib.

- Miqren və gərginlik növündən yaranan baş ağrılarının əsas səbəbi stressdir.

Daha sonra mədə problemləri qeyd olunub. Həddindən artıq gərginlik nəticəsində mədə xorası və həzmsizlik müşahidə edilə bilər.

- Bağırsaq problemləri-qəbizlik, ishal kimi şikayətlər həm də stress nəticəsində meydana gələ bilir.

- Stress dəri xəstəliklərinə də səbəb olur. Buraya saçların qırılmasından tutmuş, ekzema, müalicə ilə düzəlməyən qaşıntı və allergiyalar kimi bir çox problemlər daxildir.

- Psixiatr, stress nəticəsində yaranan digər xəstəlikləri belə sıralayıb:

- Bədən ağrıları: keçməyən boyun ağrıları, bel ağrıları, bədəndə yorğunluq.

- Ruhi problemlər: Depressiya gərgin şəxslərdə daha sıx müşahidə edilir.

- Həddindən artıq kökəlmə, ya da arıqlama gərginlik yaşayanlarda baş verir.

- Unutqanlıq: zehni qarışıqlıq, fikri cəmləmə problemləri əmələ gəlir.

- Beyin qansızmaları, daha çox stressli fərdlərdə sıx müşahidə edilir.

MEDİCİNA.AZ