Orqanizmdə streptokokk bakteriyasının olması böyrəklər üçün ciddi təhlükədir.
"Medicina" xəbər verir ki, həkim terapevt Tatyana Romanenko böyrəklərin işinin pozulmasının bir səbəbini streptokokkda olduğunu deyib.
Bəs streptokokk necə orqanizmə düşür?
"Vaxtında müalicə olunmamış çürük dişlər, angina, boğaz iltihabı, burun iltihabı streptokoku davamlı edir, bu da böyrəklərə təsir edir.
Sidik kisəsi və yollarının iltihabi infeksion xəstəlikləri da orda streptokoku aktivləşdirir.
Eləcə də özbaşına ağrıkəsici və qeyri-steroid dərmanların qəbulu böyrəkləri sıradan çıxarır.
Orqanizmdə streptokoku aşkar edib vaxtında məhv etmək lazımdır".
Aygün Musayeva