Türkiyənin İstanbul şəhərində qəribə ölüm hadisəsi qeydə alınıb.
Medicina.az xəbər verir ki, 1 uşaq anası olan 29 yaşlı Seçil Kızgut gecə yatıb və bir daha oyanmayıb.
Məlumata görə, o ,son zamanlar diş xəstəxanasında iltihab əleyhinə müalicə alırmış. Qohumları qadının ölümündə stomotoloqu günahlandırırlar. İddia edirlər ki, sonuncu dəfə müayinəyə getdikdə həkim yeni dərman yazıb. Qadın da həmin dərmanı içib yatıb. Həmin gecənin səhəri yoldaşı xanımını oyatmaq istəsə də, nəfəs almadığını görüb. Təcili yardım çağırılsa da qadının həyatını xilas etmək mümkün olmayıb. Ailə yaxınları həmçinin iltihabın qadına qarışdığını və həkimin yanlış dərman yazdığını söyləyirlər.
Diş xəstəxanasının rəhbərliyi isə iddiaları təkzib edib.