"DİŞLƏRDƏ İSTƏNİLƏN METAL ƏLAVƏLƏR DAXİLİ ORQANLARDA XƏSTƏLİK, HƏTTA XƏRÇƏNG YARADIR”
"Bir pasiyentimizdə yuxarı 2 dişində uzun illərin iltihabı var idi, onun sol döşündə xərçəng aşkarlandı"
Bu həftə Bioloji Təbabət Klinikasının dəvəti ilə Bakıya dəvət olunmuş isveçrəli biotənzimləyici təbabət üzrə mütəxəssis, Alpstein Klinikasının aparıcı həkimi Ralf Oettmeier səhiyyədə sensasiya yaradacaq açıqlamalar verib.
Medicina.az xəbər verir ki, həkim istənilən pasiyentin qəbulu zamanı ondan ağız boşluğu və dişlərin KT və ya rentgen çəkimini istədiyini bildirib. Həkimin sözlərinə görə, pasiyent "dişlərim ağrımır, problem yoxdur” desə də, bu qəbul olunmur və dişlərin rentgen çəkimi mütləq hesab edilir. İş ondadır ki, doktor Ralf hesab edir ki, diş kökü, diş dibi iltihabı və dişlərdə olan metal əlavələr daxili orqanlara təsir edir və bir çox xəstəlikləri diş rentgeninə baxmaqla da təyin etmək mümkündür.
"Bütün MDB və Qərbi Avropa ölkələrində bu problem var: insanların ağız boşluğunda müxtəlif metallar yerləşdirilib: qızıl, titan, metal, dəmir, dişin kökünə yeridilmiş implant və s. Ağız boşluğunda metal olarkən diş kökü ilə həmin metaldan ayrılan toksin və zəhərlər qan və limfa vasitəsilə toxumalara, orqanlara keçir, ağır metallarla zəhərlənmiş bədəndə müxtəlif pozuntular başlayır. Avropada indi də stomatoloqlar dişlərə bir maddə vururlar ki, o da yüksək toksiki təsir göstərir. Araşdırmalar artıq göstərib ki, bu neqativ haldır, lakin hələ də qarşısını ala bilmirik. Ağır metallarla zəhərlənən orqanizm hər an sıradan çıxa bilər. Məsələn, biz ağız boşluğu və dişlərin kompüter çəkiminə baxdıqda hansı diş kökündə iltihabın olması ilə hansı orqanın xəstə olmasını bilirik. Məsələn bir qadın pasiyentim var idi, onun yuxarı 2 dişində uzunmüddətli iltihab prosesi getmişdi, üstəlik metal da var idi. Onun sol döşündə xərçəng aşkarlandı. Dişlər bütün bədənlə sıx bağlıdır. Adi dişdir deyib üzərindən keçməyin. Biz pasiyentin müalicəsinə onun dişlərinin və diş dibinin müalicəsi ilə başlamalıyıq. Diş əti dibi və kökü iltihablı olan xəstəni nə qədər sağaltmaq istəsək də boşunadır. Ona görə terapevtlərlə stomatoloqlar birgə əməkdaşlıq etməlidir. Çalışmaq lazımdır ki, müalicə olunan xəstənin dişi ilə bağlı da problem qalmasın. Pasiyentlərə məsləhət görərdim ki, stomatoloq seçəndə diqqətli olsunlar, keyfiyyətli iş görən həkimə müraciət etsinlər, çünki diş kanalında iltihab prosesi olmamalıdır”.
Mütəxəssis Azərbaycanda da insanların dişlərində metallar olduğunu xatırladıb və əlavə edib: "İndi kimə deyək ki, ağzındakı metalları çıxarsın? Amma bundan sonra heç olmasa metal qoydurmasınlar. Mən bir həkim kimi bunun əleyhinəyəm. Bioloji təbabət həkimləri və bütün həkimlər stomatoloqlarla birgə işləməlidir. Bunun bir çıxış yolu tapılmalıdır.”
Aygün Musayeva
Medicina
Salam doktor necəsiz mənimdə 3 dənə alt çənədə titan dişim olub uzun müddət bu yaxınlarda çıxartdırmışam özümü bu o illər ərzində narahat hiss eləmişəm onlardan oldugunu güman etmək olarmı?
Salam
Salam mənim 2eded qızıl dişim var satmaq isdiyirem neciye olur qiymeti