Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Stomatoloqlar 80% hallarda lazımsız antibiotiklər təyin edir – ALİMLƏR

  • 2019.06.04 16:14
  • 3806 Baxış
Stomatoloqlar 80% hallarda lazımsız antibiotiklər təyin edir –  ALİMLƏR
Stomatoloqlar diş müalicə edib və ya çəkdikdən sonra antibiotik təyin edir. Çox zaman bunu xəstəni və sonrakı infeksiya, iltihabı önləmək üçün təyin edirlər. Alimlər bildirir ki, 80% hallarda bu təyinat boşunadır.


Medicina.az xəbər verir ki, Çikaqo universitetinin mütəxəssisləri tədqiqatları nəticəsində 168 min nəfər stomatoloq pasiyentinin məlumatlarını və reseptlərini araşdırıb.


Məlum olub ki, 81% hallarda antibotiklərin təyinatı üzrə milli və beynəlxalq tövsiyyələrə uyğun olmayıb, reseptlərin çoxu ürək xəstəliyi riski olan pasiyent qrupuna yazılmayıb.

 

Təkcə ABŞ-da ümumilikdə təyin olunan antibiotiklərin 10%-ni stomatoloqlar təyin edir. Bu da tibbdə çox yüksək göstəricidir. Xüsusən diş implantı zamanı daha çox antibiotik təyin olunur. 


Həddən artıq və əsassız antibiotik təyinatı bakteriyaların dərmana rezisdentliyini artırır. 


ABŞ-da stomatoloqların sevimli antibiotiki klindamisindir. 

Stomatoloqlar 80% hallarda lazımsız antibiotiklər təyin edir –  ALİMLƏR
Stomatoloqlar 80% hallarda lazımsız antibiotiklər təyin edir –  ALİMLƏR