Stomatoloq dentist Maks Lukas Ginnesin Rekordlar kitabına düşüb. Alman həkim pasiyentdən dünyanın ən iri dişini çəkib çıxarıb.
Diş 3,7 sm uzunluqda olub.
Medicina.az xəbər verir ki, əslində diş Mayns şəhərində 2018-ci ildə çəkilib. Diş ağrısı ilə həkimə gələn xəstənin dişinin roentgen çəkimində anomal uzunluqda diş aşkarlanır.
Stomatoloq yaxşı fürsət düşdüyünü görüb, mini əməliyyatla dişi çəkib, onu qoruyub saxlayıb və 1 il ərzində sənədləri yığaraq Ginnesə təqdim edib. 1 ildən sonra onun nəticəsi sertifikatla təsdiqini tapıb.