Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təcili yardım və digər xəstəxanalar imtina etmişdi - “Stimul Hospital”dan AÇIQLAMA - YENİLƏNİB

  • 2024.07.10 15:37
  • 3464 Baxış
Təcili yardım və digər xəstəxanalar imtina etmişdi   -  “Stimul Hospital”dan AÇIQLAMA - YENİLƏNİB
***
10:47


Bakıda fəaliyyət göstərən özəl klinikada ölüm hadisəsi baş verib.

Medicina.az Lent.az-a istinadla xəbər verir ki, hadisə “Stimul Hospital”da qeydə alınıb.

Klinikaya gələn 1992-ci il təvəllüdlü Aytən Fəxrəddin qızı Cabbarlı orada ölüb.


A.Cabbarlının ölüm səbəbi hələlik açıqlanmır.

Baş vermiş ölüm faktı prokurorluq tərəfindən araşdırılır.


***
15:37

“Stimul Hospital” xəstə ölümünə münasibət bildirib.

Tibb müəssisəsindən Medicina.az -a verilən açıqlamada bildirilir ki, xəstə 1992-ci il təvəllüdlü Cabbarlı Aytən Fəxrəddin qızı klinikaya kənar ağır vəziyyətdə daxil olub.


Xəstə klinikaya daxil olarkən, dəri örtüyü avazmış, arterial təzyiq 60/20 mm civə sütunu, saturasiyası 30, nəbzi 150/160 olub, xəstənin ağzından və burnundan qan gəlib.


"Xəstənin yaxınlarından ilkin məlumatlar toplanıb. Verilən məlumatlara görə xəstənin evdə 4 gün qızdırması olub, bununla əlaqədar iyul ayının 8-dən 9-na keçən gecə 3 saylı şəhər klinik xəstəxanasına müaricət edib.

Xəstəxanada yaxınlarının dediyinə görə xəstənin mədəsi yuyulub və evə buraxılıb.

Buna baxmayaraq xəstənin qusması davam edib. 09.07.2024 cü il saat 08:00 rədələrində bizim klinikaya ağır vəziyyətdə müraciət edib, xəstəyə dünya protokolunda mümkün olan bütün reanimasion tədbirlər göstərilib və dərhal 103 çağrı mərkəzinə müraciət edilib.

Üç fərqli-fərqli Təcili Tibbi Yardım briqadası klinikaya gəlib xəstənin vəziyyətini qiymətləndirib və xəstənin növbəti xəstəxanalara transferindən imtina ediblər.

Hətta xəstə yaxınları öz istəkləri ilə klinikamıza həkim renimatoloq dəvət ediblər. Həkim reanimatoloq xəstənin ağır vəziyyətdə olduğunu və bütün reanimasyon tədbirlərin düzgün aparıldığını qeyd edib.

Sonra xəstənin yaxınları tərəfindən mərkəzi klinikadan Təcili Tibbi Yardım biriqadası çağırılıb və xəstənin vəziyyətinin ağır olmasını qeyd edilib və onun transferindən imtina edilib.

Bu hadisə ilə bağlı dərhal tərəfimizdən 13-cü polis bölməsinə və Sabunçu rayon prokrorluğuna məlumat verilib və onlar klinimaza gəlib bütün bu hadisələrdə bizimlə birlikdə iştirak ediblər.

Tərəfimizdən aparılan bütün reanimasyon tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu rayon prokrorluğunda araşdırma aparılır.

"Stimul Hospital"ın kollektivi mərhumun ailə üzvlərinə baş sağlığı diləyir.

Medicina.az