Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Star Wars”un ulduzu psixiatriya hospitalına yerləşdirildi

  • 2024.03.14 21:47
  • 630 Baxış
“Star Wars”un ulduzu psixiatriya hospitalına yerləşdirildi
“Star Wars”un (“Ulduz müharibələri”) uşaq ulduzu, serialdakı “Anakin Skayvolker” obrazı ilə yadda qalan Ceyk Lloyd psixiatriya hospitalına yerləşdirilib.

Medicina.az xəbər verir ki, bununla bağlı 35 yaşlı aktyorun anası Liza Lloyd “Scripps News” nəşrinə müsahibə verib.

Anası aktyorun orta məktəb illərindən psixi problemləri olduğunu və 10 aydır psixi sağlamlıq mərkəzində müalicə aldığını açıqlayıb.

Oğlunun xasiyyətindəki dəyişikliyi ilk dəfə fərq etdiyi anları xatırlayan Liza Lloyd bunları söyləyib:

“Ceykin orta məktəbdə bəzi problemləri yaranmağa başladı. O, fərqli “reallıqlar”dan danışırdı. Hansı reallıqda olduğunu bilmirdi”.

Həkimlərin Ceykə bipolyar pozğunluq diaqnozu qoyduğunu deyən Liza Lloydun sözlərinə görə, oğlu dərmanlar içsə də, heç bir təsirini görməyib. O, oğlunun universitet illərində də insanların onu izlədiyinə inandığını, var olmayan səslər eşitdiyini, hallüsinasiyalar gördüyünü bildirib.

Müxtəlif həkimlərə müraciət etməkdə davam edən Ceyk Lloyda 2008-ci ildə paranoid şizofreniya diaqnozu qoyulub. Lakin xəstə olduğunu düşünmədiyi üçün dərmanlarını qəbul etməkdən imtina edən Cekin vəziyyəti zamanla daha da pisləşib.

Liza Lloyd hazırda Cekin vəziyyətinin gözlədiyindən də yaxşı olduğunu qeyd edib. O, 10 aylıq müalicənin nəticəsi olaraq hazırda oğlunun əvvəlkindən daha sosial və ünsiyyətcil olduğunu bildirib.

Aysel