Sovet akademiki Vladimir Filatov uzun illər buynuz qişanın transplantasiyası ilə məşğul olub. Şayiələrə görə, o, Stalini də müalicə edib.
Müharibənin əvvəlində tələbələri ilə birlikdə 1000-ə yaxın gözü əməliyyat edib ki, bu da 120 ildə digər ölkələrdən çox idi.
“Medicina” xəbər verir ki, Filatov, əksər hallarda görmə qabiliyyətinin yüz faiz bərpasına nail ola bilib. Onun sadə resepti evdə görmə qabiliyyətini gücləndirməyə kömək edir.
Həmin resepti təqdim edirik:
Sizə lazım olacaq:
100 qr aloe şirəsi
500 qr rəndələnmiş qoz.
300 qr bal.
3-4 limonun suyu.
Hazırlanma üsulu:
Aloeni isti su ilə yuyun. Perqament kağızına sarın və 8-10 gün soyuducuya qoyun. Soyuq və qaranlıq şəraitində bitki toxumalarında biogen stimulyatorlar toplanır -.
Aloeni sıxıb suyunu çıxarın
Onu bal və qozla qarışdın.
Hazırlanmış qarışığı soyuducuda saxlayın.
Tətbiq üsulu:
Gündə 3 dəfə 1 çay qaşığı 30 dəqiqə qəbul edirik.
Müalicə kursu 1-2 həftədir. Kurs 1-2 aydan bir təkrarlana bilər.
Dərmandan sui-istifadə etməyin, əks halda mədə-bağırsaq mukozasının iltihabına səbəb ola bilərsiniz.
Görmədə yaxşılaşma olana qədər qarışığı istifadə etmək lazımdır.
Aynurə Məmmədova