Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İntihar dünyada 15-29 yaşlılar arasında ikinci əsas ölüm səbəbi sayılırÜST AZƏRBAYCAN:

  • 2019.04.17 09:37
  • 7096 Baxış
 İntihar dünyada 15-29 yaşlılar arasında ikinci əsas ölüm səbəbi sayılır ÜST AZƏRBAYCAN:
 

Son zamanlar bütün dünyada, eləcə də ölkəmizdə intihar edən insanların sayı gün-gündən artır. Bir sıra dünya təşkilatları bu barədə həyəcan təbili çalaraq vəziyyətin ciddiliyini bildirirlər. 


Medicina.az bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatınin (ÜST) məlumatına görə, psixi pozuntuların yarısı 14 yaşından əvvəl başlayır, lakin bir çox hallarda aşkar edilmir və müalicəsiz qalır.


İntihar dünyada 15-29 yaşlılar arasında ikinci əsas ölüm səbəbi sayılır.

 

Ümumiyyətlə son vaxtlar az qala hər gün 2-3 intihar, özünə qəsd etmə xəbəri ilə rastlaşırıq. Son 1 həftədə ölkəmizdə 10 intihar hadisəsi yaşanıb. Bu cür xəbərlər artıq adi hala çevrilib.