Hazırda parasetamol koronavirus zamanı tövsiyə edilən dərman olduğundan hər kər bu dərmana ümidini bağlayır. Eyni zamanda kişilərin və hətta bəzən qadınların yenə də koronavirusdan qorunmaq üçün bu günlər spirtli içki və spirt tərkibli hər hansı içkiləri qəbul etməsi halları da artıb. Hətta metil spirtindən zəhərlənənlər və ölənlər də var.
Medicina.az xəbər verir ki, spirtli işçi, araq, çaxır, hətta pivə qəbul edilən gün parasetamol qəbulu yolverilməzdir.
Dərman orqanizmdə alkoqol qalığı olan zaman əks reaksiyaya gedərək, fəsadlar yaradır. İçkidən başı ağrıyan insanın da parasetamol qəbulu olmaz.