Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Spirtli içkidən sonra baş ağrısı, ürək bulanma olarsa - BUNLARI EDİN

  • 2019.09.30 15:37
  • 66495 Baxış
Spirtli içkidən sonra baş ağrısı, ürək bulanma olarsa -  BUNLARI EDİN
Spirtli içki qəbul etdikdən sonra səhər oyandığınızda dözülməz baş ağrısı, mədə bulanması və yorğunluq xoşagəlməz hallar baş verərsə bunları etməyiniz tövsiyyə olunur.


  Medicina.az ilkin yardım metodlarını təqdim edir:


1. Qazlı su və ayranı qarışdırın  Spirtli içki qəbul etdikdən sonra səhər oyandıqda baş fırlanması və halsızlıq hissini azaltmaq üçün ayran və qazlı suyu qarışdırıb için. Qazlı su və ayran eyni zamanda mədə bulanmanıza da yardım edəcək, həm də ion balansını bərabərləşdirəcəkdir.

2. Sedergine və ya Alka Seltzer  Suda əridildikdən sonra qəbul edilən bu dərman, 20-25 dəqiqə sonra rahatlamanıza yardım edəcək və spirtli içkinin yaratdığı xoşagəlməz halların qarşısını alacaqdır. Lakin bu dərmanı qəbul edərkən diqqətli olmaq lazımdır. Normadan artıq qəbul edilərsə mədə qanaxması yarada bilər.

3. Qəhvə və limon suyu 

Əgər ürəkbulantınız şiddətlənirsə, bu zaman qəhvənin üzərinə bir qaşıq limon sıxın və için. 5 dəqiqə sonra təsirini göstərəcək.

4. Su 

Spirtli içki qəbul etdikdən sonra bədən çox su itirir. Ağrı və yorğun olmanızın səbəbi də elə budur. Spirtli içki qəbul etdikdən sonra yatanadək bol su için. Belə olan halda səhər yuxudan oyandığınızda zəiflik, yorğunluq və ağrı hiss etməyəcəksiniz.

Qeyd edək ki, yuxarıda saydığımız kimi xoşagəlməz halların yaşanmaması üçün hər şeydən əvvəl spirtli içki qəbulunu minimuma endirməlisiniz.