Binəqədi rayonu, Sulutəpə qəsəbəsində türk vətəndaşı içkinin güdazına gedib.
Medicina.az xəbər verir ki, ölkə.az-a verilən məlumata görə, 1 saylı şəhər xəstəxansına Türkiyə Respublikasının vətəndaşı, 1957-ci il təvəllüdlü Tatar İsmət müxtəlif bədən xəsarətləri ilə daxil olub.
Araşdırmalar zamanı məlum olub ki, Tatar İsmət Sulutəpədəki kafedə yeyib-içdikdən sonra 2-ci mərtəbədən yıxılıb. Sərxoş olan türk yük maşını sürücüsüdür. Faktla bağlı Binəqədi RPİ-nin 40-cı polis bölməsində araşdırmalara başlanılıb.