Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Spirtli içki qəbulundan sonra üz qızarmasına səbəb nədir? - Araşdırma

  • 2019.10.24 13:18
  • 8609 Baxış
Spirtli içki qəbulundan sonra üz qızarmasına səbəb nədir? -  Araşdırma

Nyu York Times qəzetinin paylaşdığı xəbərlərin birində spirtli içki
qəbulundan sonra ürək döyüntülərinin artması və ürək bulanma ilə paralel olaraq
üzün qızarması əlamətlərinin, içkilərin çoxunun tərkibində olan ALDH2
qatqısının insana verdiyi zərərdən yazılıb.


 


Medicina.az xəbər verir ki, yazıda o da qeyd olunur ki, bu əlamət Şərqi
Asiya xalqlarının üçdə birindən artığında özünü göstərir.


ABŞ -da bu araşdırmaları aparan Beynəlxalq Alkoholun Pis İşlədilməsi və Alkoholizm İnstitutunun doktoru Filip
J.Bruks, eynilə iki genə sahib olan insanlarda alkohola verilən reaksiyaların
sərt olması səbəbli bu insanların çox miqdarda alkohol qəbul etə bilmədikləri,
ancaq bir genə sahib olanların çox alkohol qəbul edə bilmək gücünə sahib
olduqlarını deyir.


"PLos Medicine” jurnalında paylaşdığı araşdırmalarında,
tək bir genə sahib olan insanların enzimindəki çatişmazlıq səbəbləri orqanizmdə
yığlıb qalan asidaldehid toksininə orqanizm talerantlıq göstərir.


 


 



 


Araşdırmalar, ALDH2 enzimi qüsurlu olan və gündə 2
qədəh pivə içən adamın enzimində qüsuru olmayanlara nisbətən qırtlaq xərçənginə
yaxalanma riski 6-10 qat yuxarıdır.


Əsasən də enzim çatmazlığı olan Yaponyalı kişilər
üzərində aparılan araşdırmalar,bu kişilərin həftədə 16 qədəhdən az içdikdə
qırtlaq xərçənginə yaxalanma riskinin də gözə çarpacaq qədər azaldığı nəzərə
çarpdı.


Doktor Filip J.Bruks üzün, içki içməyə başladıqdan
10-15 dəqiqə sonra qızarmasının ıçkini qəbul edən şəxsin enzimində çatışmazlıq
olduğunu da bu məqaləsində qeyd edib.

Spirtli içki qəbulundan sonra üz qızarmasına səbəb nədir? -  Araşdırma