Yanvarın 15-dən onlarla ölkə koronavirus vaksinini əhaliyə tətbiqinə başlayır.
Azərbaycana artıq Çin istehsalı vaksinlərin birinci partiyası gətirildi.
Lakin bu vaxta qədər verilən məlumatlara görə, dərmanlar kimi vaksinin də riski, əks təsiri, şərtləri, qadağaları var.
Medicina.az xəbər verir ki, Rusiyada kovid 19 vaksini olunmuş insanlar təəssüratlarını və peyvənddən sonra nələr baş verdiyini bölüşüb.
Peyvənd olunan şəxs bir neçə suallara cavab verməlidir: xroniki xəstəliyi varmı, yaşı, koronavirusa yoluxubmu, antibiotik mülaicə nə vaxt alıb, bu vaxta kimi hansı peyvəndlər olunub, spirtli içki içirmi və s.
Eləcə də qadındırsa hamilə olub olmaması, süd verməsi soruşulur.
Daha sonra insanın təzyiqi, nevroloji durumu və bədənin hərarəti yoxlanilir.
Daha sonra insandan QİÇS və hepatit analizləri götürülür.
Vaksin vurulacaq günə 2 gün qalmış spirtli içki, alkoqol içmək, cinsi əlaqədə olmaq olmaz.
Eləcə də vaksindən sonrakı 3 gün ərzində içki və cinsi münasibət qadağandır.
Həkimlər pasiyenti vaksindən sonra iynənin yerinin bir qədər ağrıya biləcəyi və hərarətin 38-ə qədər qalxacağı barədə xəbərdar edir. Əgər belə olarsa parasetamol içmək olar. Lakin daha ciddi ağrı və fəsad olarsa, dərhal xəstəxanaya müraciət edilməlidir.