Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Spirtli içki 61 xəstəliyin səbəbidir - Həkim

  • 2023.06.13 12:44
  • 1987 Baxış
Spirtli içki 61 xəstəliyin səbəbidir  - Həkim
Spirt qəbuluxərçəngdən qaraciyər sirrozuna qədər çoxsaylı xəstəliklərlə əlaqəli olsa da, tədqiqatçılar onun təhlükələri haqqında daha bir sübut tapıblar.



Alimlər alkoqol qəbulunu podaqra və katarakta ilə əlaqələndirirlər. Son zamanlarda spirt istifadəsinin qanda pozulmalar yaratması sübut olunub.


“Medicina” xəbər verir ki, həkim Tatyana Zaxarovanın sözlərinə görə, spirt əvvəllər düşünüldüyündən daha geniş spektrli xəstəliklərlə bağlıdır.

“Alimlər 512.000-dən çox insan haqqında Çin məlumat bazasını təhlil ediblər.

Kişilər arasında spirt istehlakı 60 xəstəliyin yüksək riski ilə əhəmiyyətli dərəcədə əlaqələndirilib.

Tədqiqat layihəsində iştirak edən kişilərin üçdə biri müntəzəm olaraq spirtli içki qəbul edirdi (ən azı həftədə bir dəfə), qadınlarda isə bu rəqəm cəmi iki faiz təşkil edirdi.

Nəticədə kişilərdə xəstəlik riskinin artmasının spirt qəbulu ilə bağlı olduğunu təsdiqləmək üçün qadınlar nəzarət qrupu kimi istifadə edilmişdir.

Alimlər gündə hər dördüncü içkinin xəstəlik riskini 14 faiz artırdığını sübut edib”.

Aygün Musayeva