Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Soyuqdəymə zamanı nə edək? - Əhaliyə tövsiyələr

  • 2025.01.07 16:25
  • 469 Baxış
Soyuqdəymə zamanı nə edək?  - Əhaliyə tövsiyələr
Soyuqdəymə xəstəlikləri (Cold diseases) kimi tanınan, həyat tərzinə çevrilən yuxarı tənəffüs yollarının kataral iltihabı ilə xarakterizə edilən virus xəstəliklərinin ildən ilə vüsət alması narahatlıq doğurmaya bilməz (nəzərə alaq ki, COVİD-19 pandemiyası bitsə də, infeksiya ocaqları hələ də sönməyib).


"Medicina" az Tibb elmləri doktoru, professor Adil Qeybullanın tövsiyələrini təqdim edir:


Yataq rejiminə keçmək və yaxşı ventilyasiya olunan, günəş şüaları düşən ayrı bir otaqda sağalana qədər təcrid olmaq, otağın havasını mütəmadi dəyişmək

Bol maye qəbul etmək (çünki bu zaman aşırı su və elektrolit itkisi baş verir və dehidratasiya yaranır)

Hərarət 38 dərəcə və ondan yuxarı qalxarsa, Paracetamol 500 mg həbi (1 ədəd, uşaqlara isə eyni tərkibli Panadol və ya Eferalqan siropu vermək) qəbul etməli (xroniki qaraciyər xəstəliklərində Paracetamol əsaslı dərmanlar ehtiyatla qəbul edilməli)

Vitaminli qidalara üstünlük verilməli (bu proseslərdə orqanizmdə ən çox utilizasiya edilən vitamin C - Askorbin turşusu olduğundan onun konsentrasiyalı variantı olan Pascorbin 7.5g-50ml - yüksəkdozalı vitamin C infuziyası daha məqsədəuyğun ola bilər).

Bundan əlavə, Pascorbin preparatı immun sistemi hüceyrələrinin aktivliyini normallaşdıraraq virus və bakteriyalara qarşı immun cavabı təmin edir.

MEDİCİNA.AZ