"Məhz bu dönəmdə karantin qaydalarına ciddi əməl edilməlidir”.
Medicina.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla metroda vətəndaşların karantin şərtlərinə əməl etməməsindən danışarkən deyib.
O bildirib ki, payız aylarında soyuqdəymə xəstəliklərinin xüsusi çəkisi artacaq:
"Bu xəstəliklər hər il var. Soyuq aylarda COVİD-19 virusu çoxala bilər. Əslində maska taxmaq, məsafə gözləmək, dezinfeksiya işlərinə riayət eləmək soyuqdəymə xəstəliklərindən qorunmaq üçün mühüm şərtdir. Bu baxımdan insanlar buna diqqətli olmalıdır. Soyuqdəymə xəstəlikləri də geniş yayılsa, xeyli ajiotaj yaranacaq. Hazırda ölkədə müharibə gedir və belə bir şəraitdə bu, əlavə bir yükdür”.
Adil Qeybulla qeyd edib ki, bütün diqqəti nə qədər müharibəyə cəmləsək də, COVİD-19-u unutmamalıyıq:
"Məhz bu dönəmdə karantin qaydalarına ciddi əməl edilməlidir”.