Soyuq havalar sağlamlıqda ciddi pozulmalar yarada bilər, eyni zamanda bədənin soyuğa həssaslığını artırır.
Bu baş dərisində də özünü göstərir.
“Medicina” xəbər verir ki, həkim Sergey Xomyakov bədənin soyuğa reaksiya formalarından danışıb.
“Aşağı dərəcə hava allergik simptomları tətikləyir.
Soyuq allergiyası, soyuq övrəsi bədəndə qırmızı səpkilər, ləkələrlə özünü göstərir.
Bədənin səthinin ümumi soyumasına cavab olaraq nevrozluq, zəiflik arta bilər.
Eləcə də soyuqdan rinit- burun allergiyası, gözdə konyuktivit yarana bilər.
Ən ağır forması daxili orqanların, xüsusən ağciyərlərin ödemi, astma tutmalarıdır.
Soyuq baş dərisinə də təsir edir.
Bu zaman saçlar zəifləyir, tökülür, qırılır.
Miqren, baş ağrı tutmaları olur. Kürəkdə, onurğada ağrılar artır.
Ona görə qışda bədəni adekvat istilikdə saxlayıb, yaxşı qidalanmaq və isti içkilər içmək lazımdır.
Orqanizm bu aylar çox enerji sərf edir.
Rasionda yağlı, karbohidratlı qidalar olmalıdır”.
Aygün Musayeva